Əlaqə Arxiv
news Image
2020.08.13
15:35
| A A A
Siyəzəndə yas mərasimi keçirənlər cərimələndi

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Covid-19 pandemiyası ilə əlaqədar Operativ Qərargah tərəfindən elan edilmiş tələb və tövsiyələrə əməl olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Mövqe.az-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman rayon sakini Məzahir Mustafayevin karantin rejiminin qaydalarını pozaraq öz evinin həyətində vəfat etmiş atası üçün yas mərasimi keçirdiyini aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən mərasim dərhal dayandırılıb, ev sahibi M.Mustafayev və mərasimdə iştirak edən 6 nəfər polis şöbəsinə gətiriliblər.

Burada onlarla izahedici söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Sizin Reklam Yeriniz