Əlaqə Arxiv
news Image
2020.09.16
13:31
| A A A
Ermənistan parlamentində etiraz aksiyası keçirilib

Müxalifətdə olan Çiçəklənən Ermənistan fraksiyası Ermənistan parlamentində təhsil,elm, mədəniyyət və idman naziri Araik Arutyunyanın istefası tələbi ilə aksiya keçirib.

Mövqe.az xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Deputat Ani Samosyanın nazirin istefası tələbi yazılmış şüarı parlamentin iclas zalına qoyulmasına icazə verilməyib. Deputat parlamentin sədri Ararat Mirzoyana məsələ ilə bağlı şikayət edib və tədbir görülməsini istəyib. O, tələbləri yerinə yetirilməzsə, parlament rəhbərliyinin addımını müxalifətin sıxışdırılması kimi qiymətləndirəcəyini bildirib.

Fasilədən sonra deputatın tələbinə əməl edilib. Bildirilib ki, Çiçəklənən Ermənistan Partiyası sentyabrın 16-da nazirin istefası tələbi ilə parlamentin binası qarşısında da aksiya keçirmək niyyətindədir.

Sizin Reklam Yeriniz