Əlaqə Arxiv
news Image
2020.10.01
14:27
| A A A
Ermənilərin kəndləri atəşə tutması nəticəsində Ağdamda ata və oğlu həlak oldu

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Mövqe.az-a verilən məlumatda bildirilir ki, işğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 01.10.2020-ci il tarixdə saat 13 radələrində Ağdam rayonu, Hacıməmmədli kəndində yaşadıqları evə düşmüş top mərmisinin qəlpələrindən 1966-cı il təvəllüdlü Məmmədov Mürşüd Rəşid oğlu və onun 1996-cı il təvəllüdlü oğlu Samir Məmmədov həlak olub, yaşadıqları evə külli miqdarda ziyan dəyib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma),186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcək.

***

Как известно, военно-политическое руководство агрессора Армении продолжает террористические действия в отношении гражданского населения Азербайджана, грубо нарушая основополагающие нормы и принципы международного права. В результате интенсивного артиллерийского обстрела противником густонаселенных районов Азербайджана 01 октября 2020 года, около 13 часов от осколков снаряда, упавшего во двор дома, находящийся в селе Хаджимамедли Агдамского района, погибли проживающие там житель села Мамедов Муршуд Рашид оглы, 1966-го года рождения, и его сын Самир Мамедов, 1996-го года рождение, зданию дома был нанесен значительный ущерб. По факту в прокуратуре Агдамского района возбуждено уголовное дело по статьям 120.2.1 (умышленное убийство совершенное преступной организацией), 120.2.4 (умышленное убийство совершенное с особой жестокостью или общеопасным способом), 120.2.12 (умышленное убийство по мотиву национальной, расовой, религиозной ненависти или вражды), 100.2 (ведение агрессивной войны), 186.3 (умышленное уничтожение или повреждение имущества с причинением особо крупного ущерба) и другим статьям Уголовного Кодекса Азербайджанской Республики. В настоящее время сотрудниками органов прокуратуры проводятся все возможные в боевых условиях оперативно-следственные действия. Генеральная прокуратура Азербайджанской Республики принимает все необходимые меря для привлечения к ответственности в рамках международного права военнослужащих армянских вооруженных сил, совершивших различные преступления против армии и мирного населения Азербайджана.

***

Information of the Press Service of the Prosecutor General's Office of the Republic of Azerbaijan As reported earlier, the military-political leadership of the aggressor Armenia continues to commit acts of terrorism against the civilian population, grossly violating the norms and principles of international law. On October 1st at about 13:00 as a result of heavy artillery shelling of the densely populated areas of Azerbaijan by the occupying country's armed forces Mammadov Murshud Rashid, born in 1966, and his son Samir Mammadov, born in 1996, were killed by shrapnel fragments that hit their house in Hajimammadli village, Aghdam District. Their house was severely damaged. Upon the fact a criminal case has been instituted by Aghdam Prosecutor's Office under Article 120.2.1 (deliberate murder committed by criminal community (organization)), Article 120.2.4 (deliberate murder committed with special cruelty or in publicly dangers way), Article 120.2.12 (deliberate murder on motive of national, racial, religious hatred or enmity), Article 100.2 (conducting aggressive war), Articles 186.3 (deliberate destruction or damage of another's property causing especially large amount of damage to a victim), and other articles of the Criminal Code of the Republic of Azerbaijan. At present combat conditions all possible investigative measures are being carried out by the prosecution authorities. The Prosecutor General's Office of the Republic of Azerbaijan is taking all necessary steps to ensure that servicemen of the provocative Armenian formations who have committed various crimes against our army and civilians are prosecuted and punished within the frames of international law.

Sizin Reklam Yeriniz