Əlaqə Arxiv
news Image
2017.04.28
15:38
| A A A
"Bank Standard"da qeyri-işlək kreditlərin həcmi 707 mln. manatdır

"Bank Standard" QSC-nin aktivlərinin ləğvedici tərəfindən qiymətləndirilməsi aparılıb.Movqe.az xəbər  verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, kreditlər ilkin olaraq təsnifləşdirilib və qiymətləndirilib: "Cari ilin martın sonuna bankda 24 min krediti olub. Bu kreditlərin həcmi 747 mln. manatdır. İşlək kreditlər 40,5 mln. manat, bunların 33,3 mln. manatı təminatlı, qeyri-işlək kreditlər 707 mln. manat, bunun 271,2 mln. manatı təminatlıdır. Ümumilikdə, təminatsız kreditlər 442,9 mln. manatdır", - deyə A.Cavadov bildirib.

Qeyd edək ki, bankın qiymətləndirilməsi KPMG beynəlxalq audit şirkəti tərəfindən aparılıb. KPMG-nin rəyinə əsasən, kreditlərdən əldə olunması ehtimalı olunan likvid vəsait 112,3 mln. manatdır. Qiymətləndirməyə görə, bankda nağd vəsaitlərin həcmi 21 mln. manat, kreditlərdən daxilolma 112 mln. manatdır.

Sizin Reklam Yeriniz