Əlaqə Arxiv
news Image
2017.05.01
11:34
| A A A
Əmanətlərin Sığortalanması Fondu “Yunayted Kredit Bank”ın kreditorlarına müraciət edib

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin kreditorlarının və borclularına müraciət edib. Fondan  Movqe.az-a verilən xəbər görə,  Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.04.2017-ci il tarixli 2-1(81)-1494/2016 saylı qərardadı ilə ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin ləğvedicisi “Azerbaijan International Legal Company” MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənib.
 
Bununla  əlaqədar  olaraq  müflis  elan  edilmiş  banka  qarşı tələblər bu elanın dərcindən 60 təqvim günü ərzində Ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınacaq.
 
Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim  etməlidirlər:
 
– kreditorun adı ünvanı;
– tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
– tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.
Kreditorlardan xahiş olunur ki, bu elanın dərcindən 60 gün ərzində bankın ləğvedicisinə müraciət etsinlər.

Sizin Reklam Yeriniz