news Image
2017.05.05
14:58
| A A A
Mərkəzi Bankın hökumət idarələri qarşısında öhdəlikləri 1,7 mlrd. manat azalıb

Azərbaycan Mərkəzi Bankının (AMB) hökumət idarələri qarşısında öhdəlikləri kəskin azalıb.
 Movqe.az-ın məlumatına görə, "PricewaterhouseCoopers Audit Azerbaijan" MMC tərəfindən aparılan audit hesabatında qeyd edilib ki, Mərkəzi Bankın hökumət idarələri qarşısında cəmi öhdəlikləri 2 mlrd. 697 mln. 269 min manat təşkil edib ki, bu da 2015-ci ilin sonuna olan göstəricidən 1,6 dəfə və ya 1 mlrd. 653 mln. 575 min manat azdır.

AMB-nin hökumət idarələri qarşısında öhdəliklərin strukturuna nəzər salanda məlum olur ki, bunun 2 mlrd. 435 mln. 715 min manatı Mərkəzi Xəzinədarlığın bankda hesablarının, 207 mln. 180 min manatı Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) hesablarının, 54 mln. 374 min manatı isə digər tələb olunanadək cari hesablarının payına düşür.

Mərkəzi Xəzinədarlığın Mərkəzi Bankda hesabları 41% azalsa da, ARDNF-nin hesabları və digər tələb olunanadək cari hesablarda artım qeydə alınıb. Belə ki, ARDNF-nin AMB-dəki hesabları 198,375  mln. manatdan 207,180 mln. manata, digər tələb olunanadək cari hesablar 47,318 mln. manatdan 54, 374 mln. manata yüksəlib.
 
Qeyd edək ki, AMB-nin ARDNF-nin cari hesabı üzrə öhdəliklərinə görə faiz xərcləri 84,716 min manat təşkil edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs