Əlaqə Arxiv
news Image
2017.05.18
10:10
| A A A
Dolların çox ucuzlaşması Azərbaycan üçün sərfəli sayılmır
Cəfər İbrahimli: “Görünən odur ki, Mərkəzi Bank monetar siyasətinə yaxın zamanlarda ciddi dəyişiklik etməyəcək” Əkrəm Həsənov: “Bu, həm yerli istehsal, həm də dövriyyədəki pul kütləsini azaldılması baxımından sərfəli deyil”

Son hərracda dollar yenidən ucuzlaşdı. Ümumiyyətlə, son bir neçə hərracdır ki, dollar ucuzlaşmaqda davam edir. Lakin iqtisadçıların fikrincə, dolların həddən artıq ucuzlaşması Azərbaycan iqtisadiyyatının hazırki vəziyyəti üçün sərfəli deyil. Bu mənada dolların ucuzlaşmasının qarşısını almaq üçün Mərkəzi Bankın yenidən hərəkətə keçməsi istisna edilmir.

Bank məsələləri üzrə iqtisadçı-ekspet Cəfər İbrahimli bildirdi ki, Türkiyə və Rusiya təcrübəsinə müraciət etsək, indiki halda valyutanın məzənnəsinin süni şəkildə formalaşdırılmasının sərfedici və qalıcı effekt vermədiyini görərik: “Ona görə də Mərkəzi Bank manatın məzənnəsinə hansısa formada müdaxilə etməsi uzun müddət üçün faydalı olmayacaq. Mərkəzi Bank vəsaiti hesabına məzənnəni stabil saxlamağa çalışmalıdır. Əldə olan rıçaqlardan biri faiz idi. Son bir ildə faizlərdən istifadə olunması işə yaradı. 
Bundan başqa, üsullardan biri pul kütləsinin daraldılması idi ki, bu da oldu. Mərkəzi Bank bütün bunlarla keçici stabilliyə nail ola bilib. Lakin Mərkəzi Bank süni müdaxilələrlə məzənnəni qorumağa çalışmayacaq. Düzdür, tam üzən məzənnə siyasətinə  keçməmişik. Mərkəzi Bank və Dövlət Neft Fondu  hansısa formada bazara müdxilə edir. Bundan başqa Beynəlxalq Bankın problemi də müəyyən formada manata təzyiqlər yaradırdı. Lakin indiki maliyyələşmə sxemi ilə onun borclarının ertənələcəyi gözlənilir. Bu da manatın üzərindəki təzyiqi bir qədər azaltdı. İndi görünən odur ki, Mərkəzi Bank monetar siyasətinə yaxın zamanlarda ciddi dəyişiklik etməyəcək. Bu formada valyutanın dəyərini qorumağa çalışacaq”.
Bank məsələləri üzrə digər ekspert Əkrəm Həsənov da ucuz dolların Azərbaycan iqtisadiyyatına birmənalı şəkildə sərf etmədiyini bildirdi: “Bu, həm yerli istehsal, həm də dövriyyədəki pul kütləsini azaldılması baxımından sərfəli deyil. Çünki hazırda dövriyyədə pul qıtlığı var. Artıq bir neçə aydır dollar - manat münasibəti 1/1.7 səviyyəsində qalır. Lakin bundan o tərəf yoxdur. Əks prosesin getmə ehtimalı böyükdür. Yəni dolların bahalaşacağı mümkündür. 
Beynəlxalq Bankın xarici borclarına görə dövlət öhdəlik götürüb. Dövlət Neft Fondu borcun bir milyard manatını ödəyib. Geridə qalan 1 milyard 237 milyon manat da ödəniləcək. Buna görə də ölkənin valyuta ehtiyatlarını azalır. O baxımdan dolların qiymətinin qalxması mümkündür”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz