news Image
2017.10.04
14:37
| A A A
Mərkəzi Bank valyuta ehtiyatlarını 30% artırıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi açıqlanıb.
 
AMB-dən  verilən məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2017-ci il  oktyabr ayının 1-nə 5 mlrd. 167,5 mln. ABŞ dolları təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd. 34,80 mln. dollar və ya 25,04% çoxdur. Sentyabr ayı ərzində isə Mərkəzi Bankın valyuta ehtiyatları 66,30 mln. dollar və ya 1,30% artıb.

Cari ilin əvvəlindən artım 1 mlrd. 193,10 mln. dollar və ya 30,02% olub.

APA

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs