Əlaqə Arxiv
news Image
2017.11.11
09:00
| A A A
Dollarla olan maliyyə əməliyyatlarının həcmi azalır
Ruslan Atakişiyev: “Prosesin nə qədər davamlı olması Azərbaycan iqtisadiyyatında xarici valyuta ilə həyata keçiriləcək əməliyyatların həcmindən asılıdır” Cəfər İbrahimli: “İki il əvvəlki dollar təzyiqindən sonra valyutalar arasında konvertasiya əməliyyatlarının azalması gözlənilən proses idi”

2017-ci ilin 9 ayı ərzində valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli azalıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında deyilir. 

İcmalda deyilir ki, hesabat dövründə ötən ilin 9 ayı ilə müqayisədə dollarla valyuta əməliyyatlarının həcmi 20,4%, avro ilə əməliyyatların həcmi isə 7% azalıb. İqtisadçılar xarici valyutada olan əməliyyatların həcminin azalmasını müxtəlif səbəblərlə izah edirlər. Belə ki, ilk faktor kimi xarici valyutaya olan tələbin azalması göstərilir. 
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirdi ki, bankdaxili əməliyyatların əsas hissəsisini hüquqi şəxslərin valyuta satışı təşkil edib: “Nəzərə alaq ki, bu il “Nağdsız hesablaşmalar haqqında” Qanun da qüvəyə minib. Hüquqi şəxslər nağdsız hesabalaşmaları daha çox manatla həyata keçirib. Valyutya əməliyyatlarının həcminin azalmasının səbəbi də valyutaya olan ehtiyacın azalmasıdır. 
Xarici valyutada daha çox əməliyyatlar keçirildiyi zaman həmin valyutaya tələb artmağa başlayır. İcmaldakı rəqəmlər onu  göstərir ki, xarici valyuta ilə olan əməliyyatların həcmi azalıb. Prosesin nə qədər davamlı olması isə Azərbaycan iqtisadiyyatında xarici valyuta ilə həyata keçiriləcək əməliyyatların həcmindən asılıdır”.
İqtisadçı ekspert Cəfər İbrahimli bildirdi ki, Mərkəzi Bankın hesabatında konvertasiya rəqəmləri nəzərdə tutulur: “Nəzərə alaq ki, əvvəlki illərdə dollara tələb yüksək oldu. Bu baxımdan bankların dollar alışı çox idi. Ona görə də bu rəqəmlər həddindən artıq yüksək idi. Yəni manat-dollar-avro ticarəti yüksək olub. Lakin son zamanlar manatın nisbi stabilləşməsi, pul kütləsinin vəziyyəti ilə bağlı olaraq, dollara tələbin azaldığı müşahidə edilir. Bu da dollarla əməliyyatların sayını azaldıb. Avro və dollarla olan əməliyyatların sayının azalmasına təsir edən digər faktorlardan biri də idxalın xeyli dərəcədə azalmasıdır. Belə vəziyyədə dollar-manat, avro-manat əməliyyatları azalmış olur”.
Ekspert əlavə etdi ki, dollarda olan investisiyaların, həm də idxalın azalmasının konkret həcmi var: “Ondan aşağı düşə bilməz. Ancaq əməliyyatların həcminin 2015-ci illdəki həddə çatması yaxın müəddətdə gözlənilmir. Hansısa valyutataya tələb artırsa, onunla olan əməliyyatların həcminin artıması ilə yanaşı, həm də bu, onun məzənnəsinə təsir edir. Ümumiyyətlə, iki il əvvəlki dollar təzyiqindən sonra valyutalar arasında konvertasiya əməliyyatlarının azalması gözlənilən proses idi”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz