Əlaqə Arxiv
news Image
2017.11.14
09:40
| A A A
Virtual pullar dolları sıradan çıxarır
Elnur Quliyev: “Gələcəkdə bitkoinin dollar və ya qızıla alternativ valyuta olma ehtimalı nəzəri olaraq mümkündür” Natiq Cəfərli: “Tamamilə elekton ticarətə keçən, kağız pulu elektron valyuta əvəz edəcən zaman dollara qarşı rəqib hansısa elektron valyuta ola bilər”

Dünyanın aparıcı dövlətləri yeni rəqəmsal ödəniş vasitələrinin işlənilməsi və təcrübəyə yönəldilməsi prosesinə start verib. Belə ki, Yaponiya bu ilin aprelindən bitkoini ölkə daxilində ödəniş vasitəsi kimi qəbul etdi. Ötən il Rusiyanın rabitə və kütləvi kommunikasiyalar naziri Nikoyay Nikiforov da kriptovalyuta istehsalına başlayacaqları barədə rəsmi açıqlama vermişdi. Qonşhu İran da bu valyutadan istfiadəyə hazırlıq görür.  Yəni, bitkoini ödəniş vasitəsi kimi qəbul edən ölkələrin, böyük şirkətlərin sayı artdığı müşahidə edilir. Bu fonda hətta bitkoinin dolları tədricən əvəzləyəcəyi haqqında proqnozlar da verilir. 

Kriptovalyuta üzrə mütəxəssis, iqtisadçı Elnur Quliyev bildirir ki, ödəniş vasitəsi kimi bir çox müsbət özəllikləri olsa da, bir çox dövlətlər və iqtisadi təşkilatlar hələ də bitkoini ciddi ödəmə vasitəsi kimi qəbul etmir: “Buna əsas səbəb, bu rəqəmsal valyutanın tənzimləmə və nəzarət mexanizminin olmamasıdır. Hələlik bitkoini yalnız Yaponiya 2017-ci ilin aprel ayından öz ərazisində rəsmən ödəniş vasitəsi kimi qəbul edib. 
Gələcəkdə bitkoinin dollar və ya qızıla alternativ valyuta olma ehtimalı nəzəri olaraq mümkündür. Ancaq yaxın gələcəkdə bu gözlənilmir. Bitkoinin bazar həcmi hal-hazırda 106 milyard dollar olduğu halda, ABŞ dollarının pul ehtiyatı 12,500 milyard dollardır. İndiyə qədər qazılmış bütün qızılların dəyəri təxminən 8000 milyard dollardır. Bu da o deməkdir ki, ən böyük iki rəqibi ilə müqayisə edildiyi zaman, bitkoin dəyər olaraq onların ancaq 1% -nə bərabərdir. Bu səbədən bitkoinin dünya valyutası adını qazanmasına hələ müyyən vaxt lazım olacaq. 
Texnologiyaların inkişafı, iqtisadiyyatların rəqəmsallaşması, insanların maariflənməsi yaxın gələcəkdə valyutaların da yeni trendlərə uygunlaşmasını tələb edəcək və rəqəmsal valyutalardan istifadəni qaçılmaz edəcək”.
İqtisadçı-ekpsert Natiq Cəfərli son zamanlar dünya iqtisadi sistemində kriptovalyutalara  tələbat  artdığını bildirdi: “Ancaq kriptovalyuta dolları sıradan çıxara bilməyəcək. Ümumiyyətlə, bu yeni investisiyanın dünya iqtisadiyyatında ciddi təkan yaratması gözlənilmir. 
Kriptovalyutalarla bağlı iqtisadçılarla yanaşı, siyasilərin də fikirləri  var. Rusiya prezidenti Vladimir Putin kriptovalyutalara çox da güvən olmamasını bildirdi. Bu da birjalarda kriptovalyutaların qiymətinin düşməsinə səbəb oldu. Onun əlavə dəyər yaratmadan, heç bir nəzarət mexanizmləri olmadan fəaliyyət göstərməsi gələcəkdə ciddi problemlər yaşada bilər. Odur ki, qlobal piramidananın yaranma ehtimalı var. Kriptovalyutalarının məzənnəsininin il ərzində 10 dəfəyə qədər yüksəlməsi onunla bağlı proseslərin qeyri-sağlam şəkildə getdiyini göstərir. Odur ki, adi siyasi bəyanatlarla belə məzənnəsi düşür. O baxımdan da kriptovalyutaların gələcəyi qaranlıqdır. Yəni,  kriptovalyutanın dünya valyutalarında ciddi bir qayda yaratma ehtimalı azdır”.  
Natiq Cəfərlinin fikrincə, kriptovalyutaların gələcəkdə dolları əvəz edə bilmə ehtimalı yoxdur: “Nəzərə alaq ki, dünya ticarətinin 70%-dən çoxu  dollarla həyata keçirilir. O baxımdan da yaxın onilliklərdə dollar öz imkanlarını qoruyacaq. Tamamilə elekton ticarətə keçən, kağız pulu elektron  valyuta əvəz edəcən zaman dollara qarşı rəqib hansısa elektron valyuta ola bilər”.
Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz