Əlaqə Arxiv
news Image
2017.11.16
17:38
| A A A
Əhalinin banklardakı əmanəti 7 milyard manatı keçib

2017-ci il oktyabrın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7 milyard 022,2 milyon manat təşkil edib. Movqe.az-ın məlumatına görə, əmanətlərin 71,8 faizi xarici, 28,2 faizi isə milli valyutada qoyulub.
Əmanətlərin 5 milyard 598 milyon manatı və ya 79,7 faizi özəl banklarda, 1 milyard 424,2 milyon manatı (20,3 faizi) isə dövlət banklarında yerləşdirilib.
Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrunə nisbətən 39,0 faiz artıb, xarici valyutada əmanətlər isə 21,1 faiz azalıb.
Qeyd edək ki, 2017-ci il sentyabrın 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 6 milyard 895,5 milyon manat təşkil edib.

Sizin Reklam Yeriniz