Əlaqə Arxiv
news Image
2018.02.23
14:57
| A A A
EBRD Azərbaycanın bank sektorunda müşahidə edilən müsbət tendensiyaları yüksək qiymətləndirir

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın bank sektorunda müşahidə edilən müsbət tendensiyaları yüksək qiymətləndirib.

Movqe.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mətbuat xidmətindən bildiriblər ki, qurumun rəhbərliyi EBRD-nin maliyyə institutları üzrə icraçı direktoru Nik Tesseymanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Palatanın baş icraçı direktoru İbrahim Alışov ölkədə makroiqtisadi sabitliyin təmin olunması istiqmətində həyata keçirilən genişmiqyaslı islahatların maliyyə sisteminə müsbət təsirləri, bank sektorunda aparılan restrukturizasiya və sağlamlaşdırma tədbirləri, bank sektorunun cari göstəriciləri və digər yeniliklər barədə görüş iştirakçılarına ətraflı məlumat verib.

2016-cı il dekabrın 6-da ölkəmizin Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Strateji Yol xəritələri üzrə nəzərdə tutulmuş tədbirlər çərçivəsində 2017-ci ildə görülən və 2018-ci ildə görüləcək işlər barədə məlumat verən İ.Alışov hazırda prioritet olan qeyri-neft sektorunun inkişafı üzrə atılan addımların ölkədə işgüzar fəallığın və əhalinin maddi-rifahının daha da yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir edəcəyini deyib.

EBRD-nin Rusiya və Orta Asiya regionunda maliyyə institutu üzrə direktoru Corc Orlov Azərbaycanın bank sektorunda müşahidə edilən müsbət tendensiyaları yüksək qiymətləndirərək təmsil etdiyi qurum tərəfindən ölkə iqtisadiyyatına veriləcək töhfənin hər iki tərəf üçün faydalı olacağını bildirib.

İclasın sonunda MBNP ilə EBRD-nin əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər istiqamətlər üzrə məsələlərə dair fikir mübadiləsi aparılıb.

Sizin Reklam Yeriniz