Əlaqə Arxiv
news Image
2018.07.08
09:00
| A A A
Ötən il banklar ödəniş sistemləri vasitəsilə 213 mlrd. manatlıq əməliyyat həyata keçirilib

"Hazırda ölkəmizdə 28-i özəl, 2-si dövlət olmaqla 30 bank, fəaliyyət göstərir".

 
Movqe.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev Azərbaycanda Sahibkarlar Gününə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.
 
Z.Nuriyevin sözlərinə görə, onlardan 15-i xarici valyutanın hesabına təşkil edilib.
 
"Bank sektoru 511 filial, 143 şöbə, 2 455 ATM, 65 min pos-terminal və 16 mindən artıq əməkdaşı ilə ölkə iqtisadiyyatının inkişafına xidmət göstərir. 2017-ci il ərzində banklar ödəniş sistemləri vasitəsilə 212,6 milyard manatlıq əməliyyatlar həyata keçirilib. Bu əməliyyatların 191 milyard manatı banklararası milli hesablaşmalar sistemi, 18,9 milyard manatı xırda ödənişlər üzrə hesablaşmaların, 2,4 milyard manatı isə sürətli pulköçürmələri sistemi vasitəsilə reallaşdırılıb. Bu, sektorun ölkənin gündəlik həyatında əvəzolunmaz rolunu göstərir", deyə Z.Nuriyev əlavə edib.

Sizin Reklam Yeriniz