Əlaqə Arxiv
news Image
2018.09.17
09:53
| A A A
"Deutsche Bank" Londondan 450 milyard avroluq aktivini çıxardır

Almaniya "Deutsche Bank"ı Avropa Mərkəzi Bankının (AMB) artan təzyiqləri ilə əlaqədar 450 milyard avro məbləğində aktivini Londondan Frakfurta köçürür.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Financial Times" qəzeti yazıb.
Qəzetin məlumatına görə, AMB təkid edir ki, "Deutsche Bank" Böyük Britaniyadakı kapitalını onun Londondakı filialının Avropa banklarının üçüncü ölkədə yerləşən filialları üçün müəyyən edilmiş meyarlara uyğunlaşdırılması üçün 75 faiz azaltmalıdır.
Böyük Britaniya 2019-cu ilin martında Avropa İttifaqından çıxdıqdan sonra artıq üçüncü ölkə hesab olunacaq.
Bildirilir ki, "Deutsche Bank"ın Londondakı aktivləri təqribən 600 mlrd. avro təşkil edir.

Sizin Reklam Yeriniz