Əlaqə Arxiv
news Image
2018.11.08
09:50
| A A A
Bank əmanətləri ilə bağlı mühüm dəyişikliklər…
Vüqar Bayramov: “Müddətin uzadılması banklara əlavə əmanətlərin cəlbinə, uzadılmaması isə əmanətlərin məblğinin azalmasına gətirib çıxaracaq”

2016-cı ilin martın 1-də qüvvəyə minən "Əmanətlərin tam sığortalanması haqqında" qanuna əsasən, Əmanətlərin Sığortalanması Fondu tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır. Bu isə o deməkdir ki, qanuna əsasən, gələn il martın 1-dən etibarən yenidən yalnız məbləği 30 min manatadək olan əmanətlər sığortlanacaq. Belə şəraitdə fikirlər səslənir ki, əgər tədbir görülməsə, yüksək məbləğli əmanətçilər banklardan pullarını geri götürə bilərlər. Təklif olunur ki, əmanətlərin məbləğindən asılı olmayaraq tam sığortalanma müddəti uzadılsın. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, əmanətlərin məbləğdən asılı olmayaraq tam olaraq sığortalanması müddətinin uzadılması bank sektoruna əlavə əmanətlərin cəlb edilməsinə, müddətin dayandırılması isə banklardakı əmanətlərin məbləğinin azalmasına gətirib çıxaracaq: 
“Təxminən 5 aydan sonra “Əmanətlərin tam sığortalanması haqqında” Qanunda əmanətlərin tam sığortalanması ilə bağlı nəzərdə tutulan müddət başa çatır. Belə ki, 2016-cı ilin martın 1-də qüvvəyə minən sözügedən qanuna əsasən, Əmanətlərin Sığortalanması Fondu tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır. Bu isə o deməkdir ki, qanuna əsasən, gələn il martın 1-dən etibarən yenidən yalnız məbləği 30 min manatadək olan əmanətlər sığortlanacaq. Xatırladaq ki, bu qanun 2016-cı ildə, neftin dünya bazar qiymətləri aşağı olan dövrdə banklara əmanətlərin cəlb edilməsi baxımdan vacib addım hesab edilir. Belə ki, müəyyənləşdirilmiş faiz dəhlizləri çərçivəsində əmanətlərin tam sığortlanması banklarda depozitin saxlanmasını təşviq etdi. 
Digər tərəfdən, müflis elan edilən banklarda qorunan əmanətlərin tam həcmdə qayatarılması da depozit yığımlarına maraq yaradır. Bu qanun o zaman qəbul edilməsəydi, əmanətlərin banklardan kütələvi çəkilməsi baş verə bilərdi. Bu baxımdan hesab edirəm ki, məbləği böyük olan əmanətlərin banklardan çəkilməməsi üçün “Əmanətlərin tam sığortalanması haqqında” Qanuna dəyişiklik edilməsi məbləğindən asılı olmayaraq əmanətlərin tam slğortlanmasl müddətinin daha 3 il müddətinə uzadılması məqsədəuyğundur. Daha uyğun olardı ki, müddətin uzadılması ilə bağlı qərar 2018-ci ilin sonunadək qəbul edilsin. Çünki bu halda yüksək məbləğli əmanət sahiblərinin depozitlərinin sığortalanmayacağından narahat olub vəsiatlərini banklardan götürmə riski aradan qalxar. 
Əslində, proses göstərir ki, əmanətlərin sığortalanması ilə bağlı qanunvericiliyə baxılıb müddətin uzadılması həyata keçiriləcək. Bu ehtimal daha yüksəkdir. Amma sözsüz son qərarı hökumət verəcək. Məbləğdən asılı olmayaraq, əmanətlərin tam olaraq sığortalanma müddətinin uzadılması bank sektorunda əmanətlərin saxlanılması, eləcə də bank strukturundakı əmanətləein sayının artımına  müsbət təsir göstərəcək. Nəticə etibarı ilə bu imkan verəcək ki, daha çox depozitlərin saxlanılmasına nail olmaq mümkün olsun. O baxımdan belə bir qərarın qəbuluna ehtiyac vardır. Çünki bu son nəticədə banklar üçün xeyirlidir. Banklar üçün əmanətlərin cəlb edilməsi çox vacibdir. Onlar əmanətləri cəlb etməklə kredit portfelini formalaşdırırlar. Bu mənada belə bir qərar qəbul edilər və müddət uzadılarsa, nəticədə yaranmış vəziyyət imkan verəcək ki, daha çox əmanətçi tərəfindən əmanətlərin banklara cəlb edilməsinə nail olmaq mümkün olsun. Ona görə düşünürəm ki, müddətin uzadılması ehtimalı daha realdır. Müddətin uzadılmaması ilə bağlı qərarın verilməsi isə banklardakı həcmi böyük olan əmanətlərə təsir göstərəcək. Bu əmanətlərin məbləğində azalmalar mümkündür. 
Güman olunur ki, həmin əmanətlərin bir  qismi bankdan götürülüb digər banklar arasında bölüşdürüləcək. Bəziləri məhz bundan istifadə edə bilərlər. Ancaq bankdakı əmanətlərin bir qisminin həcmi çox böyük olduğundan güman olunur ki, onların bölüşdürülərək müxtəlif banklarda yerləşdirilməsi texniki baxımdan çətindir. Ona görə də həmin vəziyyət əmanətlərin həcminə təsir göstərəcək və banklarda olan əmanətlərin məbləğinin müəyyən qədər azalmasına gətirib çıxara bilər”.
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz