Əlaqə Arxiv
news Image
2018.12.13
07:00
| A A A
Əmanətlərdən daha çox gəlir əldə etmək mümkün olacaq
Natiq Cəfərli: “Manata olan tələbi təmin etmək üçün depozit fazilərini artırırlar ki, insanlarda maraq yaransın” Əkrəm Həsənov: “Hazırki vəziyyətdə depozit faizlərində artımlar cüzi ola bilər”

Yenidən bəzi banklar manatla qoyulan depozitlərə faiz dərəcəsini artırıb. Ekspertlərin artan deozit faizlərini müxtəlif amillərlə şərh etməyə çalışırlar. 

İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, bankların manatla depozitlərində faizlərin artımı manata olan tələbatın artımının göstəricisidir: “Banklar depozit faizlərini yüksəltməklə daha çox manat cəlb etməyə çalışırlar. Bu da iki səbəblə bağlı ola bilər. İlk növbədə bankların gələcəkdə kredit portfellərində manatla kredit verməkdə artım planları var. Manata olan tələbi təmin etmək üçün depozit fazilərini artırırlar ki, insanlarda maraq yaransın. 
İkinci tərəfdən lla bilər ki, banklar daha çox manat cəlb edərək, sonradan həmin manatı xarici valyutaya çevirsinlər. Bununla da manatda problem yaşanarkən əllərində daha çox xarici valyuta olacaq.  Çünki, dollarla olan depozitlərin faizləri həddindən artıq aşağıdır. Bəzi banklar hətta 1 faiz təşkil edir. Yəni, dollarla depozitlərin cəlbi mümkün olmadığı üçün manatla depozitləri çoxaldaraq, həm kreditləşməni, həm də dollar ehtiyatlarını artırmağı düşünürlər”.
Ekspert onu da əlavə etdi ki, vətəndaşlar diqqətli olmalıdırlar: “Vətəndaşlar yüksək faizlərə aldanmamalıdırlar. Çox zaman daha yüksək depozit faizi təklif edən bankların daha çox da problemi ola bilər”.
Digər iqtisadçı-ekspert Əkrəm Həsənov bildirdi ki, əslində, bu artımınların iqtisadi əsası yoxdur: “Hazırki vəziyyətdə depozit faizlərində artımlar cüzi ola bilər. Məsələn, bəzi banklar üzrə vəsait çatışmazlığı mümkündür. Yəni, pulu çatmaya bilər. Bunun üçün də depozit faizlərini arıtmağa üstünlük verib”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz