Əlaqə Arxiv
news Image
2018.12.20
10:17
| A A A
Kreditlərin verilməsində girov məsələsi hələ də problemdir
Əkrəm Həsənov: “İstənilən kreditin iki növ təminatı olur” Ruslan Atakişiyev: “Banklar əsasən iri şəhərlərdə, paytaxtda olan əmlakı girov kimi tələb edir”

Məlumdur ki, kreditlərin verilməsində hələ də girov məsələsi problem olaraq qalmaqdadır. Müxtəlif səviyyələrdə dəfələrlə gündəm gətrilsə də, problem həllini tapmır. Bu isə kreditə alçatanlığı çətinləşirdir. Onu da qeyd edək ki, sahibkarların götürdükləri kreditlərə görə girov qoyduqları əmlakın böyük hissəsi daşınmaz əmlakdır. Daşınar əmlak girovun çox az hissəsini təşkil edir. Bu məsələdə digər bir məqam isə xüsusən region sahibarlarının daha çox əziyyət çəkmələridir. İqtisadi məsələlər üzrə hüquqşünası Əkrəm Həsənov bildirir ki, ümumiyyətlə, istənilən kreditin iki növ təminatı olur: “Qədim Romada belə bir prinsip var idi ki, şəxsə və ya əmlaka inanıram. Şəxsə inanmaq zaminlik deməkdir. Amma bu təminat növü çox da etibarlı deyil. Buna görə tarix boyu ən etibarlı girov növü əmlak sayılıb. Xüsusən də problemli kreditlərin həcminin artığı, əhalinin gəlirlərinin azaldığı dövrlərdə bankların əmlak girovuna meylli olması başadüşüləndir. 

Digər bir məsələ də var. O ölkələr daha çox inkişaf edib ki, orada bütün daşınmaz əmlakların qeydiyyatı var. Buna görə də həmin ölkələrdə kredit götürmək asandır. Amma bizim ölkə də daxil olmaqla, dünyanın bir sıra ölkələrində müəyyən daşınmaz əmlakların qeydiyyatı yoxdur. Həmin əmlakların çıxarışı olmadığı üçün də girov kimi istifadə edilməsi çətinləşir. Düzdür, əsasən regionlarda bu cür problem yaşanır. Amma Bakıda da kifayət qədər qeydiyyatı olmayan daşınmaz əmlaklar var. Qeydiyyat olmadığı üçün girov kimi istifadə verilmir”. 
Dünyanın aparıcı dövlətlərində qeydiyyatsız daşınmaz əmlak yoxdur: Hətta tikintinin əsası qoyulandan qeydiyyatı olur. Həmin əmlak da mülki dövriyyədə iştirak edir. Bu da krediti əlçatan edən şərtlərdən biridir”.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirdi ki, xüsusən regionlarda girov problemli aktualdır: “Bunun da bir neçə səbəbi var. Banklar əsasən iri şəhərlərdə, paytaxtda olan əmlakı girov kimi tələb edir. Bunun da səbəbi həmin yerlərdəki əmlakın bazarda daha tez və baha satıla bilməsidir. Amma regiondakı əmlaklar qısa zamanda bazarda satışı reallaşmır. Həmçinin regiondakı əmlakların dəyəri az olur. 
İkinci tərəfdən nəzərə alaq ki, region sahibkarları əsasən kənd təsərrüfatı ilə məşğul olurlar. Onların məhsullarının uçotunun aparılmaması girov qoyan zaman çətinlik yaradır. Kənd təsərrüfatı vergidən azad olunduğuna görə, o sahədə uçot həyata keçirilmir. Əmlak uçotda olmadığından aktivlər görünmür. Ona görə də bankdan kredit götürmək istəyəndə girovu tam göstərə bilmirlər. Ancaq qəbul edilmiş yol xəritələrində maliyyə bazarının inkişafı ilə bağlı şirkət, müəssisə bütün əmlakını tam göstərməli olacaq. Bank kredit vermək istəyən zaman şirkət haqqında tam məlumat ala biləcək. Yəni, müəssisənin əmlakının nə qədərinin digər yerdə girovda olub-olmadığını görə biləcək”.
Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz