Əlaqə Arxiv
news Image
2020.04.03
13:43
| A A A
Dünya Bankı yeni təşviq proqramının dəyərini açıqladı

Dünya Bankı (WB) koronavirusla (COVID-19) mübarizədə inkişaf etməkdə olan ölkələrə yardım etmək üçün 160 milyard ABŞ dollarlıq təşviq proqramı başlatdıqlarını açıqlayıb.

Mövqe.az xəbər verir ki, təşviq paketi gələcək 15 ay ərzində həyata keçiriləcək.

Məlumata görə, proqram çərçivəsində ilk olaraq 25 ölkəyə 1,9 milyard ABŞ dolları məbləğində təşviq veriləcək, daha sonra isə 40-dan çox ölkə üçün yeni proqramlar hazırlanacaq.

“Koronavirusun yayılmasının qarşısını almaq və iqtisadi təsirlərini azaltmaq üçün geniş və sürətli addımlar atılır, hazırda bank bu məqsədlə 65-dən çox ölkədə əməliyyatlar keçirir. Bu təşviq paketində əsas məqsəd, inkişaf etməkdə olan ölkələrin koronavirusa qarşı reaksiya imkanlarını yaxşılaşdırmaq, iqtisadi və sosial bərpa müddətlərini qısaltmaq”, – Dünya Bankının prezidenti David Malpass bildirib.

Bundan başqa, Beynəlxalq Maliyyə Korporasiyası epidemiyadan əziyyət çəkən özəl şirkətlərə 8 milyard ABŞ dolları məbləğində maliyyə yardımı ayırdığı bildirilib.

Sizin Reklam Yeriniz