Əlaqə Arxiv
news Image
2020.05.05
14:00
| A A A
Azərbaycandakı bankların dollara tələbi azalıb
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Mövqe.az-ın AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 62,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (30 aprel 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 9,1% və ya 7 mln. azalıb. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Sizin Reklam Yeriniz