Əlaqə Arxiv
news Image
2016.11.17
10:28
| A A A
Bağlanan 10 bankın əmanətçilərinə 699 mln. manata yaxın kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.
 
Fonddan   Movqe.az-a  verilən məlumata görə, "Parabank" ASC-nin qorunan əmanətçilərinə 42 mln. 810 min manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 52 mln. 256 min manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 27 mln. 5 min manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 21 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 125 mln. 94 min manatdan artıq kompensasiya verilib.
 
"Atrabank" ASC-nin qorunan əmanətçilərinə 14 mln. 193 min manat, "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 880 min manatdan artıq kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. 73 min manatdan artıq kompensasiya ödənilib.
 
"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 mln. 147 min manat, "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 975 min manat, "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. 80 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. 204 min manatdan artıq kompensasiya ödənilib.
 
"Bank Standard" QSC-nin qorunan əmanətçilərinə 412 mln. 517 min manat artıq kompensasiya ödənişi baş tutub.
 
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 698 mln. 890 min manatdan artıq kompensasiya ödənilib.

Sizin Reklam Yeriniz