Əlaqə Arxiv
news Image
2016.11.18
09:53
| A A A
Manat lirəyə qarşı 1,5% bahalaşıb

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən Movqe.az-a  verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 17-si ilə müqayisədə 0,31% bahalaşaraq 1,7091 manat təşkil edib.
 
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,53% zəifləyərək 1,8128 manat olub.
 
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,4% ucuzlaşaraq 0,0263 manat olub.
 
Türkiyə lirəsinin məzənnəsi də 1,48% azalaraq 0,5055 manat təşkil edib.
 
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1200 manatdır. Beləliklə, funt sterlinq 0,1%-lik artılm nümayiş etdirib.
 
Gürcüstan larisinin məzənnəsi 0,3% bahalaşaraq 0,6878 manat olub.

Sizin Reklam Yeriniz