Əlaqə Arxiv
news Image
2016.11.26
10:00
| A A A
Banklara ilin sonuna kimi möhlət verilir
Cəfər İbrahimli: “Kapitalı 50 milyon manata çatdırmasalar da, anidən bağlanmadan söhbət gedə bilməz” Samir Əliyev : “Bankların bir neçəsinin taleyi kapitallarını normativə uyğunlaşdırmaqdan asılıdır”

Banklar üçün kapitallaşma proqramı başa çatıb. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Bakıda keçirilən bank forumunda çıxışında bildirib ki, bəzi banklar kapitallaşmanı ilin sonundadək tamamlamaq öhdəliyini götürüb. İqtisadçılar ilin sonuna qədər öhdəliklərini yerinə yetirməsələr, kapitalı yetərsizliyi olan bankların bağlanmasını ehtimalını yüksək qiymətləndirirlər.

Bank məsələləri üzrə mütəxəssis Cəfər İbrahimli bildirdi ki, iqtisadiyyatda baş verən hadisələrdən sonra banklar müəyyən itkilərlə üzləşiblər: “Ondan sonra qeyd olundu ki, banklar kapitalını artırmalıdırlar. Amma bəziləri də təklif edirdi ki, kapitalın artırılmasından əvvəl Mərkəzi Bank banklara likvidlik verməklə problem həll olunsun. 
Məncə, banklara “əllərini” müəyyən qədər çətinliyin altına qoymalı idilər.  Yəni, burada məcmu kapitalın artımı vacib məsələ idi. Elə bankların böyük əksəriyyəti də il ərzində kapitallarını artıra biliblər. Ancaq son maliyyə hesabatlarından göründü ki, bəzi bankların hələ də kapitallarını 50 milyon manata çatdırma imkanları zəifdir. Düzdür, birmənalı qayda da qanunun tələbidir ki, bankın məcmu kapitalı 50 milyon manatdan az ola bilməz. Belə bir durumda isə banklar ya kapitallarını artırmalı,ya da digər layihələrin üzərində işləməlidirlər. Çünki, dərhal bankın bağlanması hadisəsi real görünmür. Ola bilsin ki, sırf kapitalını artırmasın, ancaq kreditlərinin geri qaytarılmasının bir hissəsini təmin edə bilsin. O zaman kapitalı artırmağa ehtiyac duyulmayacaq. 
Düzdür, 50 milyon manat qanunun tələbidir. Eyni zamanda bankın bağlanması da müzakirə mövzusudur. Banklara ilin sonuna qədər müddət verilib. Qanunda da həmin gün bağlanması göstərmir. Qanun göstərir ki, kapital müəyyən müddət ərzində göstərilən həddə çatdırılmalıdır. Odur ki, yəqin, ilin sonuna qədər banklar tələbi yerinə yetirəcəklər. Kapitalı 50 milyon manata çatdırmasalar da, anidən bağlanmadan söhbət gedə bilməz”.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev  isə fərqli düşünür: “Bank Standart”ın bağlanması son hal deyil. Bundan sonra da bir neçə bank bağlanacaq. 
Hazırda Azərbaycanda 32 bank fəaliyyət göstərir. Amma onların bir neçəsinin taleyi kapitallarını normativə uyğunlaşdırmaqdan asılıdır. Çünki, Maliyyə Bazarlarına Nəzarət Palatası onlara problemlərini həll etmək üçün göstəriş verib. Əgər kapitallarını artırmasalar, yəqin ki, lisenziyaları geri alınacaq. Ona görə bu ilin sonuna qədər hansısa bankın lisenziyasının geri alınmasını istisna etmək olmaz. Prsoes gələn ilin yazına qədər daha da intensivləşəcək. O zaman da bağlanan banklar haqqında dəqiq məlumat əldə edəcəyik. Gələn ilin yazına qədər bir neçə bankın bağlanması ehtimalı yüksəkdir”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz