Əlaqə Arxiv
news Image
2016.12.06
14:56
| A A A
Elman Rüstəmov: 2016-cı ildə Mərkəzi Bank dövriyyədən 6 milyard manat çıxarıb

2016-cı ildə Azərbaycan Mərkəzi Bankı altı milyard dollar həcmində pul kütləsinin sterilizasiyası üzrə tədbirlər həyata keçirib.

Movqe.az-ın məlumatına görə, bunu Milli Məclisdə 2017-ci il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

O qeyd edib: “Bu il biz depozit əməliyyatlarının keçirilməsi və qısamüddətli notların buraxılışı yolu ilə sterilizasiyanı, başqa sözlə pul vəsaitlərinin dövriyyədən çıxarılmasını davam etdirdik.”

Onun sözlərinə görə, 2016-cı ilin fevralında “üzən məzənnə” rejiminin prinsiplərinə əsasən, Mərkəzi Bank valyuta bazarında iştirakını minimuma endirdi, Dövlət Neft Fondu isə valyuta hərraclarının şəffaf keçirilməsini təmin etdi: “Məzənnənin nizamlanmasının yeni rejiminə keçidi pul siyasətinin sərtləşdirilməsi və faiz dərəcəsinin artması ilə müşayiət olundu. Digər dövlət orqanları ilə birgə pul bazası ciddi nəzarət altına alındı”.

E.Rüstəmov qeyd edib ki, 2016-cı ilin əvvəlindən ölkədə pul bazası 11 faiz artıb. Bu artımın əsas amili isə ölkədə maliyyə sabitliyinin dəstəklənməsi olub.

E.Rüstəmov qeyd edib ki, ümumilikdə həyata keçirilən tədbirlər 2015-2017-ci illərdə strateji ehtiyatlarda 20 milyard dollara qənaət etməyə imkan verəcək.

Tədiyə balansından danışan Mərkəzi Bank sədri bildirib ki, həyata keçirilən tədbirlər kəsiri hələ ki, tam olaraq aradan qaldırmağa imkan vermir. Onun sözlərinə görə, bu ilin sonuna tədiyə balansının kəsiri 5 milyard dollar həcmində proqnozlaşdırılır.

Sizin Reklam Yeriniz