Əlaqə Arxiv
news Image
2017.01.11
09:40
| A A A
Bankların dollarla bağlı yeni siyasəti
Cümşüd Nuriyev: “Banklar dolları dəyişmək üçün gələn müştərilərlə bağlı əlavə prosedurları gündəmə gətirməklə problem yaradırlarsa, bu, qətiyyən yolverilməzdir” Yaşar Əsədov: “Ölkə daxilində bir valyuta işləməlidir”

Bəzi banklar vətəndaşdan dolları alarkən elə prosedur tətbiq edirlər ki, vətəndaşlar banklara dollar satmaqdan imtina edir. Belə ki, bəzi banklarda vətəndaşlar dolları dəyişmək üçün hesab açmalı, buna görə  gözləməli, bundan başqa hesab açılması üçün əlavə pul ödəməlidirlər. Ekspertlər bildirir ki, bəzi bankların bu cür addımı yolverilməzdir. 

Banklar nədən dollar alışında belə addıma gedirlər? Nədən əlavə problemlər yaradırlar? İqtisadçı-ekspert Cümşüd Nuriyev düşünür ki, bəzi bankların dollarla bağlı sözügedən istiqamətdə atdığı addımlar heç cür qəbul edilən deyil: “Banklar dolları dəyişmək üçün gələn müştərilərlə bağlı əlavə prosedurları gündəmə gətirməklə  problem yaradırlarsa, bu, qətiyyən yolverilməzdir. Belədə bu tip hallar əhali arasında narazılıq yaradır”. 
Digər ekspert Yaşar Əsədov bildirdi ki, dollar alış-verişindəki prosedurları çətinləşdirməklə banklar daxildə dollar asılılığından azad olmağa çalışırlar: “Bəzi bankların dollar alış və satışı zamanı prosedurları mürəkkəbləşdirmələri çox güman ki, bununla  bağlıdır. Hazırda iqtisadiyyatını müstəqil idarə etmək, müstəqil siyasət yürütmək  istəyən ölkələr  çalışırlar ki, dollardan uzaqlaşsınlar. Son 10-20 ilin tarixi sübut edir ki, dollar ciddi asılılıq yaradır. Yaxın 10-15 il ərzində daxili bazarda milli valyuta ilə paralel işləyən dollarla bağlı olaraq nə qədər ölkənin iqtisadiyyatının dağıldığının şahidi olduq. Tailand, Filippin, Malaziya, Rusiya, Yunanıstan, Kiprdə belə halların baş verdiyini müşahidə etdik. Digər ölkələr isə bu haldan dərs götürərək çalışırlar ki, dollardan azad olsunlar. Ümumiyyətlə, ölkə daxilində bir valyuta işləməlidir”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz