news Image
2017.01.13
16:36
| A A A
Ən təhlükəsiz valyuta hansıdır? – FOREKSDƏ 5 MÜHÜM AMİL

Məşhur iqtisadçılar forekslə bağlı fikirlərini açıqlayıblar.  Movqe.az fins.az-a  istinadən həmin məqaləni təqdim edir. Məqalədə Foreksdə  5 əsas amilə toxunulur.
Valyutaların kursuna nə təsir edir?
Valyuta bazarı və ya foreks  zaman- zaman likvid itisadiyyat bazarına çevrilməkdədir. Ötən il Beynəlxalq Hesablamalar bankı gündəlik pul dövriyyəsinin 4 trilyon dollar olduğunu açıqladı. Bu göstərici bütün iqtisadi bazarların göstəricisindən çoxdur. Bu dövriyyə yüksək likvidilliyə və bu bazarda əsl peşəkarların olduğuna işarə edir.
Çoxları hesab edir ki, foreksdə ticarət  texniki analizdir. Lakin “Oanda” şirkətində valyuta analitiki işləyən  Skott Boid bu cür baxışın yalnış olduğunu bildirir.
Əksər vaxtlarda texniki analiz faydalı olur. Lakin bu sahədə hər hansı bir xəbər və ya hesabatlar çıxanda bu, bazara təsir edir. Bu səbəbdən də valyuta bazarına təsir edən 5 əsas amili nəzərinizə çatdırırıq.
1. Faiz göstəriciləri
“Foreks həqiqətəndə qəliz sahədir və burada həqiqətən də çoxlu əsas faktorlar var. Lakin bunlardan ən vacibi faiz yatırımları və  gözləməkdi” - deyə Boid bildirib. Mütəxəssis  faiz yatırımlarına məhsulun qiyməti kimi baxdığını deyib. Belə ki, İnvestorlar daha çox  qiymətli kağızları əldə etməyə çalışırlar. Bununla da riskləri azaltmağa çalışırlar. Faiz yatırımları birbaşa mərkəzi banklarla idarə olunur. Bu bütün ölkələrdə mərkəzi bankın valyuta qiymətlərinə təsir etməsi üçün birbaşa və ən vacib amillərdən biridir.
 “TradeMaven” şirkətində böyük treyder işləyən Riçard Reqan bildirir ki, faiz yatırımları foreksdə ciddi problemlər yarada bilər.
2.Əhalinin məşğulluğu
ABŞ-ın federal rezerv sistemi 2 əsas məsələni həll edir. Bunlar qiymətləri stabilləşdirmək və ABŞ-da məşğulluğu təmin etməkdir. Boid bildirir ki, bu sistem heç də bütün ölkələrin mərkəzi banklarına aid edilmir.
Qeyd edək ki, məşğulluq çox vacib fundamental əsas hesab olunur. Çünki ilk növbədə bu, xərclərə  böyük təsir edir. Bundan sonra tələb xərcləri inflasiyaya təsir edir. Bu proseslər də birbaşa ondan asılı olur ki, ölkənin mərkəzi bankı hansı yatırım faizlərini tətbiq edib.
Boid bildirir ki, məşğulluğun artması ölkədə tələb xərclərinin də artmasına səbəb olur ki, bu da öz növbəsində, elə məşğulluğun artmasına səbəb olur. Lakin əgər ölkədə inflasiya yüksək həddə çatırsa, bu zaman mərkəzi bank bazara daxil olur və faiz yatırımlarını artırır ki, xərcləri azaltsın.
Bundan başqa məşğullıuq valyutanın dəyərinə də təsirsiz ötüşmür.
3.İqtisadi artım və ticarət
Misal olaraq bildirək ki, əgər istehsalçılar anbarlardakı məhsullarını artırırlarsa, bu o deməkdir ki, həmin şirkətlər satışın çoxalacağını gözləyirlər. Reqanın sözlərinə görə, iqtisadiyyatın artımına görə ilk indikator gəlirlərin artımından asılıdır.
“Əgər gəlirlər artırsa onda güman etmək olar ki, iqtisadi artım da artacaq”- deyə Reqan bildirir. Ekspert, həmçinin, əmlak bazarına da diqqət edilməli olduğunu bildirir. Çünki ev tikintisinin fasilələrlə olduğundan onların bazara daxil olması ən tez halda 6 aydan sonra baş verir. Bundan başqa ən vacib amillərdən biri də xaricdən alınan məhsullardan ibarətdir. Bu cür situasiyada məhsul idxal edən ölkənin pulunun güclü olması da müsbət amillərdən biridir.
4.Geopolitik hadisələr və təbiət hadisələri
Boidin sözlərinə görə, valyuta bazarları həftənin 5 günü çalışır və ona görə də onlar hər xəbərə dərhal reaksiya verirlər.
Valyuta kursları istənilən aktivdən daha çox baş verən geopalitik hadisələrdən dəyişir. Bu istənilən geopalitik hadisə ola bilər. Əslində hadisələr valyutanı dəyişmir, onlar sadəcə kursa təsir edən faktorlardı.
5.Xammala olan qiymətlər
Xammalın dəyəri birbaşa həmin ölkənin valyuta kursuna təsir edir. Lakin bu həmin xammalın ölkənin iqtisadiyyatında tutduğu roldan asılıdır. Bundan başqa ölkənin xammalı idxal və ya ixrac etməsi də vacib amillərdən biridir.
Nümunə: Kanada böyük həcmdə neft ixrac edir. Ona görə də neftin qiyməti bahalaşanda Kanada valyutasının da kursu qalxır. “Amma  neftin qiyməti qalxanda ABŞ-da çətinliklər yaşanır. Araşdırmalar göstərir ki, neftin qiyməti qalxanda ABŞ-da istehlakçılar xərclərini azaldır. Buna səbəb aradakı fərqi kompensasiya etməkdir” - deyə Boid bildirir.
Neftin qiymətinin düşüb qalxması ən tez Kanada və Avstraliya valyutasına təsir edir. Buda o deməkdir ki, əgər xammala tələb artsa, Avstraliya və Kanada pulları dəyərə minəcək. Belə olan halda isə digər ölkə valyutaları itirməyə başlayır.
Nəticə
Valyutaların dəyəri bir çox təsirlərdən dəyişir, mərkəzi bankın təsirlərindən tutmuş  təbii fəlakətlərə qədər. Amma yadda saxlamaq lazımdır ki, pul valyuta cütlüyüdür. Çünki həmişə bir valyuta digəri ilə müqayisə olunur .
Digər pullarla müqayisədə valyutanın dinamikası ilə yanaşı onun stabilliyi də əsas məsələlərdən biridir. ABŞ dolları uzun müddət dünya rezerv valyutası olub. Baxmayaraq ki, bir çox mənfi xüsusiyyətləri var. Hazırda dollar yenə də ən stabil valyuta hesab olunur. Ümumdünya qlobal kredit krizisi başlayanda dollar sürətlə bahalaşdı. Dollar həmçinin pis xəbərlərdən sonra da bahalaşır. Buna səbəb isə investorların bu valyutanı ən təhlükəsiz hesab etməsidir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs