Əlaqə Arxiv
news Image
2017.01.17
09:42
| A A A
Banklar kerditləri ucuzlaşdırırlar
Natiq Cəfərli: “Çox məsələlər Mərkəzi Bankın atacağı addımlardan asılıdır” Əkrəm Həsənov: “Faiz dərəcələrini endirirlər ki, gəlir əldə eə bilsinlər”

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının verdikləri kreditlərdə cüzi də olsa, ucuzlaşma müşahidə edilir. Belə ki, kommerisya bankları tərəfindən verilən kreditlər üzrə orta faiz dərəcələri manat və xarici valyuta ekvivalentində müvafiq olaraq 12,18% və 9,16% təşkil edib.  Xatırladaq ki, bu göstəricilər əvvəl daha yüksək  olub. 

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, ötən ilin rəsmi göstəriciləri bank sektorunda kreditləşmə səviyyəsində azalamaların olduğunu deyir: “Hətta bəzi bankların kreditləşmə səviyyəsində 20 faizə qədər azalma var. Eyni zamanda geri qayıtmayan kreditlərin həcminin artması fəaliyyət göstərmələri üçün banklara müəyyən çevik addımlar atmağa sövq edir. Çünki, bankların əsas gəlirləri verilmiş kreditlərdən gələn faizlərdir. Ona görə də kommersiya bankları müxtəlif çevik addımlar atmaq məcburiyyətindədirlər. Hansı ki, bunlardan biri də kredit faizlərinin aşağı salınmasıdır. Nəzərəçarpacaq dərəcədə olmasa da, bəzi banklar bu istiqamətdə addımlar atıb. Odur ki, faizlərin aşağı düşməsi həm müştəri azlığından, həm də Mərkəzi Bankın 2017-ci il planlarında banklara daha uzun müddətli kredit vermə ehtimalından da irəli gələ bilər. Elə kommersiya bankları da həmin ehtimala hazırlaşırlar. 
Mərkəzi Bank 2017-ci il planlarında olduğu kimi manatla uzunmüddətli kreditlər verəcəksə, banklar da əhaliyə daha ucuz və daha uzunmüddətli kredit verəcəklər. Bunun da ölkə iqtisdiyyatına pozitiv təsirləri olacaq. Ümumi iqtisadi aktivliyin artmına müsbət təsir edəcək. Ona görə də çox məsələlər Mərkəzi Bankın atacağı addımlardan asılıdır”. 
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirdi ki, ötən il ərzində devalvasiya qorxusundan kommersiya bankları manatla verdikləri kreditlərin faiz dərəcəsəni həddindən artıq artırmışdılar: “Hətta bəzi banklarda kreditlərin faizi 30 faizi keçirdi. Devalvasiyadan da əlavə, ötən il ərzində Mərkəzi Bank uçot dərəcəsini artırdı. Bütövlükdə uçot dərəcəsi 3 faizdən 15 faizə qədər qaldırılıb. Banklar həm də buna görə faiz dərəcəsini artırdılar. Nəticədə isə bankladan kredit götürənlərin sayı azaldı. 
Banklar istənilən halda əmanət qəbul edirlər. Yəni, haradansa gəlir qazanmalıdılar. Nəzərə alaq ki, hazırda banklar əhaliyə xarici valyutada kredit verə bilmirlər. Xarici valyutada kreditin verilməsi üçün ağır şərtlər tətbiq ediblər. Əksər hallarda da bu şərtlər müştərilərin iqtisadi göstəricilərinə cavab vermir. Buna görə də bankların yeganə yolu qalır ki, istehlakçılara milli valyutada kredit versinlər. O baxımdan cüzi də olsa, faiz dərəcələrini endirirlər ki, gəlir əldə eə bilsinlər”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz