Əlaqə Arxiv
news Image
2017.01.24
14:54
| A A A
Məzənnəni göstərib, dollar satmamaq düzgündürmü?
Əkrəm Həsənov: "Vətəndaş borcunu ödəmək üçün milli valyuta gətirdikdə onu cədvəldə göstərilən məzənnə ilə dəyişməlidir".

Məlumdur ki, manatın devalvasiyasından sonra bank sektorunda ciddi təlatümlər yaşandı. Hətta əksər banklar dollar satışını dayandırmışdı. Elə hazırda da vəziyyət o qədər ürəkaçan deyil. Yenə də bəzi banklar dollar satmırlar. Ancaq diqqəti çəkən məqam odur ki, dollar satmayan bank lövhədə, özünün elektron səhifəsində alış və satış məzənnələrini göstərirlər. Bu isə vətəndaşlar arasındakı çaşqınlıq yaradır. Mövzu ilə bağlı iqtisadi məsələlər üzrə hüquqşünas Əkrəm Həsənov movqe.az-a bildirdi ki, banklar lövhədə məzənnəni göstərən cədvəli qoya bilərlər: “Bank bununla demək istəyir ki, dollarım olsa, onu bu, məzənnə ilə sata bilərəm. Bank məzənnəni göstərməlidir. Çünki vətəndaşın banka dollarla borcu ola bilər. Vətəndaş borcunu ödəmək üçün milli valyuta gətirdikdə onu cədvəldə göstərilən məzənnə ilə dəyişməlidir. Ən azından buna görə banklar xarici valyuta məzənnəsini elan etməlidirlər. Ancaq görünən odur ki, kommersiya banklarının dollara tələbi çox yüksəkdir ki, dollar qıtlığı var. Buna görə də ilin əvvəlindən dolların məzənnəsi artıb. Müəyyən həddə qalxdıqdan sonra dollar qıtlığı aradan qalxacaq.

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz