news Image
2017.02.03
15:55
| A A A
Azərbaycanda nağd pul kütləsi 27% artıb

Azərbaycanda pul bazası 2017-ci il fevralın 1-nə 7 331,7 mln. manat təşkil edib.
Movqe.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 528,8 mln. manat və yaxud 6,73% azdır.
Son bir ildə isə ölkədə nağd pul kütləsi 1 544,3 mln. manat və yaxud 26,68% artıb.