Əlaqə Arxiv
news Image
2017.02.04
13:00
| A A A
Azərbaycanın bank sektorunun balans kapitalı 2 mlrd. manatdır

Azərbaycanda  fəaliyyət göstərən 32 bankın 31 dekabr 2016-cı il tarixinə cəmi aktivləri 31 mlrd. 439,5 mln. manat, cəmi öhdəlikləri 29 mlrd. 530,7 mln. manat təşkil edib. Maliyyə Bazarlarına Nəzarət Palatasından movqe.az-a verilən məlumata görə, sektorun balans kapitalı 1 mlrd. 908,8 mln. manatdır.Əhalinin əmanətləri 7 mlrd. 432,1 mln. manat həcmindədir.Banklardan ikisi dövlət bankıdır. Xarici kapitallı bankların sayı 15, o cümlədən xarici bankların yerli filiallarının sayı 2-dir. Bankların filiallarının sayı 569, şöbələrinin sayı 131, ATM-lərin sayı 2461-dir. 

Bütövlükdə, bank sektorunun işçi heyəti 16 947 nəfər təşkil edir.
 
Maliyyə bazarlarının digər iştirakçıları olan bank olmayan kredit təşkilatlarının (BOKT) sayı 144, o cümlədən kredit ittifaqlarının sayı 97-dir. BOKT-nın işçi heyəti 2 657 nəfər təşkil edir.

Sizin Reklam Yeriniz