Əlaqə Arxiv
news Image
2017.02.14
17:10
| A A A
Dünyanın ilk bitkoin-bankı fəaliyyətə başlayıb
Avstriya kriptovalyuta ilə əməliyyatlara icazə verən bir neçə ölkədən biridir

Vyana şəhərində (Avstriya) dünyanın ilk rəsmi bitkoin-bankı açılıb. "Report" "Hi-tech.mail.ru" saytına istinadən xəbər verir ki, "Bitcoin-bank" adlanan bank Berlinin çox da böyük olmayan "Bit Trust Services" startap şirkəti tərəfindən təsis edilib. Burada müştərilər kriptovalyuta haqqında məsləhət almaqla bərabər sistemdə qeydiyyatdan keçə bilərlər. Virtual pul kisəsi sahibləri isə öz bitkoinlərini avroya və ya əksinə dəyişə biləcəklər.

Qeyd edək ki, Avstriya kriptovalyuta tədavülünə maneə yaratmayan bir neçə ölkədən biridir. Bu ölkədə 3 il bundan əvvəl ilk bitkoin-bankomat fəaliyyətə başlayıb. Vyanada isə hazırda 20-yə yaxın müəssisə və şirkət bitkoinlə ödənişləri qəbul edir.

Sizin Reklam Yeriniz