Əlaqə Arxiv
news Image
2017.02.20
13:40
| A A A
Azərbaycan əhalisinin banklara xalis rubl satışı 28% artıb
Dekabrda isə əhalinin kommersiya banklarına xalis rubl satışı aylıq müqayisədə 17% azalıb

Azərbaycanda əhalinin nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində 2016-cı ilin dekabr ayında kommersiya banklarına xalis rubl satışı 639 917 min təşkil edib. 

Movqe.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, əhali 2016-cı il ərzində kommersiya banklarına ümumilikdə 9 165 187,2 min rubl xalis satış həyata keçirib. Noyabrda əhalinin xalis satışı 768 337,7 min rubl olub. Bununla da dekabrda əhalinin kommersiya banklarına xalis rubl satışı noyabr ayı ilə müqayisədə 128 420,7 min və ya 16,7% azalıb.
Əvvəlki ilin dekabr ayında isə bankların əhalidən xalis rubl alışı 732 114,8 min təşkil edib. Beləliklə, 2016-cı ilin dekabrında bankların əhalidən xalis rubl alışı illik müqayisədə 92 197,8 min və ya 12,6% azalıb. 2016-cı ilin yekununda isə əhalinin banklara xalis rubl satışı illik müqayisədə 1 999 352,8 min və ya 28% artıb.
"Report"un analitik qrupu qeyd edir ki, əhalinin xalis rubl satışının azalmasına əsas səbəb kimi turizm mövsümünün bitməsi göstərilir.

Sizin Reklam Yeriniz