Əlaqə Arxiv
news Image
2017.02.24
11:29
| A A A
Rüfət Aslanlı: "Əmanətçi yol pulu verib 1 manatı götürmək istəmir"

"Azərbaycanda lisenziyası ləğv olunan 11 bank üzrə qorunan əmanətçilərə 760 mln. manat kompensasiya ödənməlidir. İndiyədək təxminən 25 min nəfərə 725 mln. manat kompensasiya verilib". Movqe.az APA-ya istinadən  xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.Onun sözlərinə görə, bundan sonra təxminən 140 min qorunan əmanətçiyə 35 mln. manatlıq kompensasiya verilməlidir: "Bu əmanətçilər öz əmanətlərini götürmür. Niyə? Çünki onların əmək haqqı hesabında, kart hesabında 1 manatdan az vəsait qalıb. Əmanətçi yol pulu verib 1 manatı götürmək istəmir. Bu əmanətlərin məbləği az olsa da,  sayı çox olduğundan bu məbləğ yaranıb".

Sizin Reklam Yeriniz