Əlaqə Arxiv
news Image
2017.03.07
14:46
| A A A
Avropanın iki ən böyük bankı TAP-a 3,5 mlrd. avro ayıra bilər

 Avropa Yenidənqurma və İnkişaf Bankından (EBRD) sonra Avropa İnvestisiya Bankın (EIB) da Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinə maraq göstərdiyini açıqlayıb. 
Movqe.az  xəbər verir ki, bunu “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru ilə görüşən EİB-in Mərkəzi və Cənub-Şərqi Avropa Departamentinin rəhbəri Flavia Palanza deyib.
F.Palanza bildirib ki, EIB TAP və Trans-Anadolu Boru Kəməri (TANAP) layihələrini maliyyələşdirməyi planlaşdırır: “Bu layihələrin əhəmiyyətli olduğunu düşünürük və son qərarın maliyyələşmə üçün şərait yaradacağına inanırıq”.
EIB rəsmisi konkret məbləğ haqqında məlumat verməsə də bu rəqəmin 2 mlrd. avro civarında olacağını söyləyib.
Qeyd edək ki, 2016-cı ilin ortalarında EBRD-nin enerji üzrə direktoru Rikardo Puliti (Ricardo Puliti) deyib ki, təmsil etdiyi bank bu layihə üçün ayıracağı maliyyəni artırmaq üçün çalışır. Bu rəqəmin 1,5 mlrd. avro civarında olacağını, onun 1 mlrd. avrosunun maliyyə institutları ilə, digəri isə birbaşa EBRD tərəfindən qarşılanacağı açıqlanıb.

report

Sizin Reklam Yeriniz