news Image
2017.03.09
17:10
| A A A
Azərbaycan bank sistemində vaxtı keçmiş kreditlərin portfeldə xüsusi çəkisi 24%-ə çatıb
Vaxtı keçmiş kreditlərin xüsusi çəkisi kəskin artıb

Ötən ilin sonuna Azərbaycanın bank sistemində vaxtı keçmiş kreditlərin portfeldə xüsusi çəkisi 23,9%-ə çatıb.

“Movqe” xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatındakı bank sisteminin inkişaf dinamikası və dayanıqlığı bölməsində əksini tapıb.
Hesabata əsasən, vaxtı keçmiş kreditlərin portfeldə payı 2011-ci ildə 6,4%, 2012-ci ildə 6,0%, 2013-cü ildə 5,1%, 2014-cü ildə 5,3%, 2015-ci ildə 6,9% təşkil edib.
Qeyd edilib ki, iqtisadiyyata kreditlərin həcmi bu il yanvarın 1-nə 15 938 mln. manatadək azalıb. 2015-ci ildə bu göstərici 21 718 mln. mln. manat olub.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankında 2016-cı ilin sonunda problemli kreditlər ümumi kredit portfelinin 8,95%-ni təşkil edib. Bu nisbət 1 ay əvvəl 8,86%, 2015-ci ilin sonunda isə 6,94% olub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs