news Image
2017.03.10
14:44
| A A A
Bankirlər girov qoyulan əmlakın 3 il vergidən azad olunmasını təklif edirlər

 Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının problemli kreditlər üzrə balansa götürülmüş əmlakın 3 il müddətinə vergidən azad edilməsi təklif olunur. Movqe.az xəbər verir ki, bu təşəbbüslə "Şəffaflığa doğru birlikdə" mövzusunda Bakıda keçirilən vergi konfransında "Rabitəbank" ASC-nin İdarə Heyətinin sədri Elçin Qədimov çıxış edib. 
E.Qədimovun sözlərinə görə, banklar həmin əmlakdan istifadə etmədiyi üçün vergi tətbiqi əlavə xərclərə gətirib çıxarır: "Aparılan araşdırmalar göstərir ki, nağd ödənişlər müxtəlif ölkələrdə 1,1-1,7% arasında əlavə xərclər yaradır. Biz təklif edirik ki, POS-terminalların istehsalı ilə bağlı xüsusi güzəştlər tətbiq edilsin, həmçinin, POS-terminalların idxalı vergidən azad edilsin".
Bank rəsmisi deyib ki, xarici təcrübəyə görə, dövlət satınalamaları yalnız nağdsız qaydada aparılmalıdır: "İngiltərədə bu, tətbiq edilib və təxminən 1 mlrd. funt sterlinqə qənaət edilib".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs