Əlaqə Arxiv
news Image
2017.03.14
12:06
| A A A
Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşu 14% artıb

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 093,7 mln. manat vəsait yönəldilib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 258,8 mln. manat və ya 14% çoxdur.
Movqe.az  bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ümumi sərmayənin 69,5%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.
Sərmayənin 1 503,3 mln. manatı neft sektoruna, 590,4 mln. manatı isə qeyri-neft sektoruna yönəldilib. İstifadə olunmuş vəsaitin 89,2%-i məhsul istehsalı obyektləri, 8,1%-i xidmət sahələri üzrə obyektlər, 2,7%-i isə ümumi sahəsi 209,1 min kv. metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 32,9%-ini təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 77,2%, bank kreditləri 11,4%, büdcə vəsaitləri 8,0%, əhalinin şəxsi vəsaitləri 2,7%, büdcədənkənar fondların vəsaitləri isə 0,7% təşkil edib.
Xatırladaq ki, 2016-cı ilin yanvar-fevral aylarında əsas kapitala 1 834,9 mln. manat məbləğində vəsait yönəldilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 32,4%-ini təşkil edib.

Sizin Reklam Yeriniz