Əlaqə Arxiv
news Image
2017.03.15
09:50
| A A A
Nağd puldan istifadə məhdudlaşır
Ruslan Atakişiyev: “Nağdsız hesabalaşmaların artması əmək haqların rəsmi hissəsinin artması deməkdir” Cəfər İbrahimli: “Əmək haqlarının nağd ödənilməsi ilə bağlı vergi ödənişləri prosesə müsbət təsir edəcək”

Proseslər göstərir ki, ölkədə nağdsız ödənişlərin artırılmasına yönəlik ciddi addımlar atılır. Bu xüsusda Vergilər Məscəlləsinə də dəyişikliklər edilib. İqtisadçıların fikrincə, aparılan islahatlar fonunda nağdsız ödənişlərin miqdarı artacaq ki, bu da iqtisadiyyata şəffaflığın yüksəlməsi baxımında böyük əhəmiyyəti kəsb edir. 

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirdi ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun qəbul edilməsinin məqsədlərindən biri ölkədə nağdsız hesabalaşmaların həcmini artırmaqdır: “Bununla bağlı Yol Xəritəsində də yaxın gələcəkdə Azərbaycanda nağdsız hesblaşmaların həcminin 35 faiz, sonra isə daha yuxarı həddə çatdırılması nəzərdə tutulub. Artıq müəssisələrdə 1 yanvar 2017-ci il tarixindən etibarən nadsız hesabalaşmalarla bağlı bir sıra islahatlar aparılır. Kiçik müəssisələrdə isə aprelin 1-dən tətbiq olunacaq.
 Həmçinin 2018-ci ilin 1 yanvar tarixindən elektron qaimələrin tətbiqi də həyata keçiriləcək. Edilən düzəlişlərdə göstərilir ki, ardıcıl 12 ay gəlirləri 200 mindən yuxarı olan vergi ödəyicilərinin nağd ödəmələrinin həcmi 30 min manatdan çox ola bilməz. Ardıcıl 12 ay gəlirləri 200 mindən yuxarı olan sadələşdirilmiş vergi ödəyiciləri də aylıq 15 mindən yuxarı bütün əməliyyatları nağdsız formada həyata keçirilməlidirlər. Bununla yanaşı, dövlət satınalmalarında, vergilərin, əmək haqlarının ödənilməsində nağdsız əməliyyata keçilməsi yaxın zamanda nağdsız ödənişlərin həcmini artıracaq”.
Ruslan Atakişiyev nağdsız ödənişlərin faydalı tərəflərinə də toxundu: “İlk növbədə iqtisadiyyat şəffaflaşır. Vergilər üzrə dövlət nəzarəti güclənir. İkincisi, nağdsız hesabalaşmaların artması əmək haqların rəsmi hissəsinin artması deməkdir. Bu da sonda pensiyalarını artmasına gətirib çıxaracaq. Eyni zamanda, sahibkarlar əlavə xərclərdən azad olur. Həmçinin təhlükəsizlik baxımından da üstünlükdür. Çünki pulların daşınmasna ehtiyac qalmayacaq. Kart vasitəsi ilə dünyanın istənilən yerində hərəkət etmək mümkün olacaq”.
Digər iqtisadçı-ekspert Cəfər İbrahimli bildirdi ki, nağdsız ödənişlərin artırılması istiqamətində uzun illərdir, işlər gedirdi: “Həm banklar, həm də Vergilər Nazirliyi hesablaşmaların pos-terminallar vasitəsilə həyata keçirilməsinə çalışırlar. Artıq bu istiqamətdə müəyyən qədər nailiyyətlər əldə olunub. Lakin qaneedici səviyyəyə gəlib çatmayıb. 
Banklardan vəsaitin çıxarılması zamanı tutulan vergi inzibati qaydada olsa da, prosesin inkişaf etdirilməsinə yönəldilib. Yəni, könüllü şəkildə proses çox da qaneedici səviyyəyə gəlməmişdi. Bundan sonra vəsaitlərin çıxarılması, əmək haqlarının nağd ödənilməsi ilə bağlı vergi ödənişləri prosesə müsbət təsir edəcək”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz