Əlaqə Arxiv
news Image
2017.03.16
21:00
| A A A
Türkiyə Mərkəzi Bankı borcvermə faizini artırıb
Uçot dərəcəsi sabit qalsa da, dollar ucuzlaşmağa başlayıb

Türkiyə Mərkəzi Bankı (TCMB) bu gün, martın 16-da keçirdiyi növbəti iclasında gec likvidlik dəhlizinin borcvermə faizini 11%-dən 11,75%-ə yüksəldib. "Movqe" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, TCMB digər faiz kateqoriyalarında dəyişiklik etməyib. Bununla da uçot dərəcəsi kimi qəbul edilən bir həftəlik repo faizi 8%, marjinal borcvermə faizi 9,25%, Mərkəzi Bankın borcalma faizi isə 7,25%-də sabit qalıb.

TCMB-nin iclasdan sonra yaydığı məlumatda bildirilir ki, valyuta məzənnəsindəki artımın inflyasiyaya təsirini aradan qaldırmaq üçün TCMB pul-kredit siyasətini sərtləşdirmək niyyətindədir.
TCMB-nin qərarından sonra Türkiyədə dolların məzənnəsi düşməyə başlayb. Belə ki, səhər saatlarında 3,69 TRY/USD olan məzənnə hazırda 1%-ə yaxın düşərək 3,6450 TRY/USD olub. "Report"un analitik qrupu dolların məzənnəsinin 3,55 TRY/USD səviyyəsinə qədər geriləcəyini ehtimal edir: "Qeyd etmək lazımdır ki, aprel ayında Türkiyədə gözlənilən referendum qısamüddətli də olsa, dolların məzənnəsini yüksəldə bilər. Lakin, daha sonra dollar yenidən ucuzlaşaraq 3,50-3,55 lirə səviyyəsində sabitləşəcək".

Sizin Reklam Yeriniz