Əlaqə Arxiv
news Image
2017.03.30
22:30
| A A A
Ötən il istehlak kreditləri üzrə real azalma 2 mlrd. 350 mln. manat olub

2016-cı ildə istehlak kreditləri üzrə real azalma 2 mlrd. 350 mln. manat olub. "APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Mərkəzi Bankı haqqında", "Müflisləşmə və iflas haqqında", "Banklar haqqında" qanunlara, eləcə də Mülki, İnzibati Prosessual, Mülki Prosessual Məcəllələrinə dəyişikliklərlə bağlı qanun layihələrinin müzakirəsi zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) sədri Rüfət Aslanlı deyib.

 
"2016-cı ildə istehlak kreditləri 20%, təxminən 1,2 milyard manat azalıb. Bu, nominal azalmadır. Real azalma daha çoxdur. Çünki, portfelin yarısı xarici valyuta idi. Biz məhdudiyyətləri tətbiq edəndən sonra xarici valyutada istehlak kreditlərinin xüsusi çəkisi azalıb. Məzənnənin möhkəmlənməsi nəticəsində manat ifadəsinə istehlak kreditlərinin həcmi artır. Əgər məzənnə fərqindən çıxartsaq, istehlak kreditləri üzrə real azalma 2 mlrd. 350 mln. manat olub. Bu, ödənilənlərdir. Yerdə qalan məbləğ 4 milyard 200 milyon manatdır. Bunun 1,2 milyard manatı restrukturizasiya olunub. Qaytarılmışlardan kənar. Bu restrukturizasiya kreditin valyutası, yəni xarici valyutadan manata çevrilib, həm də ödəmə qrafiki daha yumşalıb, həm onun faiz dərəcsinə yenidən baxılıb. Bu məcburi qaydada olmayıb. Bu, banklarla borcalanların qarşılıqlı razılığı əsasında olub. Yəni, faktiki olaraq restrukturizasiya olunan 1,2 milyard manatlıq kredit bu gün xidmət olunan, insanlar tərəfindən ödənişlərdə əvvəlki qədər çətinlik olmayan kreditlərdirYerdə qalanlarla bağlı bu proses mütəmadi olaraq davam edir", - deyə R.Aslanlı bildirib.

Sizin Reklam Yeriniz