Əlaqə Arxiv
news Image
2017.04.21
09:40
| A A A
Bankların sayı azalacaq
Ruslan Atakişiyev: “Banklar açıq tipli səhmdar cəmiyyət olduqlarına görə, problemin həlli üçün səhm sahibləri qərar verir” Cəfər İbrahimli: “Ola bilsin ki, bundan sonra maliyyə hesablatları tələblərinə cavab verməyən banklar birləşməni gözdən keçirsinlər”

Məlum olduğu kimi ölkədə iki bank birləşmə qərarı verib. “Atabank" və "Caspian Development Bank” (CDB) ASC-lərin səhmdarlarının ümumi yığıncaqlarının qərarlarına əsasən, "CDB"nin yenidən təşkilatlanma şəklində ləğv edilərək “Atabank”a qoşulması ilə bağlı qərar qəbul olunub. Həmin bankların yenidən təşkili ilə əlaqədar aktivlərin qiymətləndirilməsinin aparılmasına dair “PWC” beynəlxalq konsaltinq şirkəti ilə ilkin razılaşma əldə edilib. Mütəxəssislər proses davamlı ola biləcəyini istisna etmirlər. Likvidiyi aşağı olan digər banklar arasında da birləşmə ehtimal edilir. Əks tədqidə onların bağlanması qaçılmazdır.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirdi ki, maliyyə sektorunun inkişafı üzrə s starteji yol xəritəsində də  perpsektivdə bank sektorunda təmərkküzləşmə prosesinin yüksək olduğu qeyd edilib: “Ümumiyyətlə, beynəlxalq təcrübədə “stress test” adlanan anlayış var. Hansı ki, Azərbaycan Mərkəzi Bankı da bunu həyata keçirir. Bu testin göstəriciləri əsasında hansı bankın daha likvid olduğunu görmək mümkündür. Onun əsasında həm Mərkəzi Bank, həm də Maliyyə Bazarlarına Nəzarət Palatası bank sektoruna məsləhətlər verir, eyni zamanda da tələblər irəli sürür. Bu məsələlər həll olunmadığı təqdirdə həmin bankların lisenziyasının ləğvi barədə qərar qəbul edilir. 
“CDB” bank da lisenziyanın alınması təhlükəsi ilə qarşılaşmışdı. Digər banklara da bu cür xəbərdarlıqlar olunur. Amma banklar açıq tipli səhmdar cəmiyyət olduqlarına görə, problemin həlli üçün səhm sahibləri qərar verir. Həll  yollarından biri də bankların birləşməsidir. Bununla da problemli banklar aktivlərini qorumuş olurlar. Amma birləşməni həyata keçirmədiyi anda likvidliyi zəif olan banklar üçün bağlama təhlükəsi yaranır. Bütün hallarda kooperativ maraqlar əsas rol oynayır. Kooperativ maraqlar uzlaşdığı halda birləşə bilərlər. Əgər bunu etməyəcəklərsə, likvidliyi zəif olan banklar gələcəkdə bağlana bilər”.
Bank məsələləri üzrə ekspert Cəfər İbrahimli bildirdi ki, “Banklar haqqında” Qanuna edilən dəyişikliyə əsasən, hökumətin bankların bağlanmasında maraqlı olmadığı görünür: “Hədəf bankların sağlamlaşdırılması prosesinin aparılması, sağlamlaşdırılma çərçivədə dövlətin üzərinə yük düşməyəcək şəkildə bankların probleminin həll edilməsidir. Qanuna edilmiş dəyişiklik də bunu artıq bəzi problemli banklar üçün labüd edir. Əgər bankların kapitallarında problem yaranırsa, göstərilən üsullardan biri ilə problemi özləri aradan qaldırmalıdırlar. Əks təqdirdə Maliyyə Bazarlarına Nəzarət Palatası sərt qərarlar verə bilər. 
Banklar da “Banklar haqqında” Qanuna edilən dəyişikliyi gözləyirdilər. Ola bilsin ki, bundan sonra maliyyə hesablatları tələblərinə cavab verməyən banklar birləşməni gözdən keçirsinlər. Amma bunun hansı banklar arasında olacağını indidən demək çətindir. Müəyyən holdinqlər, səhmdarlar çərçivəsində bir-biri ilə əlaqəli olan banklarda  müşahidə edilə bilər”. 
Ekspert əlavə etdi ki, bankların birləşməsi o qədər də qısamüddətli proses deyil: “Bankın aktivlərinin qiymətləndirilməsi uzun prosesi əhatə edir. Lakin 2017-ci ilin ilk rübündə banklar mənfəətli görünür. Ona görə də banklar 2017-ci ildə bir qədər rahat davranacaqlar”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz