news Image
2017.05.02
08:30
| A A A
Günün qoroskopu: yalan vədlərə aldanmayın

Qoç - qətiyyətli və əzmkar olun. Bu günə təyin edilmiş danışıqlar, sövdələşmələr və anlaşmalar məhsuldar, qarşılıqlı sərfəli əməkdaşlığın əsasını qoyacaq.

Buğa - seminar və konfransda uğur qazana bilərsiniz. Faydalı tanışlıq ehtimalı var. Səfər əhvalınızı yaxşılaşdıra bilər. Şəraitin dəyişdirilməsi hər baxımdan xeyirdir. Yaradıcı potensial yüksəlir, xeyli maraqlı ideyalar yaranır.

Əkizlər - yalan vədlərə və şirnikləşdirici təkliflərə aldanmayın. Yeni, hətta ən çətin işlərə başlaya bilərsiniz. Belə işlərin öhdəsindən gələcəksiniz.

Xərçəng - ən mühüm işlərlə günün ilk yarısında məğul olun. Məhz bu zaman ən böyük uğurlara nail ola bilərsiniz. Danışıqlar məhsuldar olacaq. Mənfəətli və sərfəli sövdələşmələrə nail olacaqsınız.

Şir - iş yerini dəyişmək, yeni tərəfdaşlarla əməkdaşlığa və ya layihəyə başlamaq üçün əlverişli vaxtdır. Peşəkar müstəvidə qarşınızda yeni, cazibədar perspektivlər açılır.

Qız - xoşagəlməz sürprizlər vəd edir. Lakin nikbinliyi itirməyin. Dostlar və qohumlar niyyətlərinizi dəstəkləyəcəklər. Axşam saatları maraqlı görüşlər, sevdiyiniz insanla özəl ünsiyyət vəd edir.

Tərəzi - uğurlu gündür. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirə bilərsiniz. Sizə maraqlı olan insanın dəstəyinə və ya rəğbətinə nail ola bilərsiniz.

Əqrəb -  hüquqi məsələlərin həlli, dövlət qurumlarının mənsubları ilə ünsiyyət üçün pis gün deyil. Yeni işgüzar perspektivlər yaranır.

Oxatan - səfər və ezamiyyət üçün düşərli gündür. Uzaqdan gəlmiş insanla ünsiyyət, yeni plan və ya birgə fəaliyyət məcrasının nəzərdən keçirilməsi mümkündür.

Oğlaq - hədəfə çatmaq üçün bütün vasitələrdən istifadə edin. Evdə təmir planlaşdırıbsınızsa, zəruri materialları, boya və s.-ni almağa tələsin. Qarşıdan yay gəlir, qiymətlər qalxacaq.

Dolça - danışıqlar və mühüm məsələlərin müzakirəsi üçün əlverişli vaxtdır. Xoş təsir bağışlamaq istədiyiniz insanla görüşün. İctimai həyatda fəal iştirak edin, xeyriyyə tədbirlərinə qatılın. Nüfuzlu insanların diqqətini cəlb etmək, onlardan dəstək almaq şansı var.

Balıqlar - təcrübə mübadiləsi, başqalarının ideyalarının müzakirəsi, konfrans və seminarda iştirak üçün yararlı gündür. Yeni nə isə öyrənmək imkanını əldən verməyin, dünyagörüşünüzü artırın.

Milli.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs