news Image
2017.05.03
09:23
| A A A
Günün qoroskopu: eyni vaxtda bir neçə işə başlamayın

Qoç - yeni maraqlar peyda ola bilər. Axşam saatlarında əylənin. Alış-verişdə bədxərclik etməyin. Qənaətli davranın, maliyyənin qədrini bilin.

Buğa -  təmkinli, amma əzmkar və qətiyyətli olun. Yalnız belə davranışla uğura nail ola bilərsiniz. Çətinliklərin qarşısından geri çəkilməyin. Problemlər nə qədər çox olsa da, ruhdan düşməyin. Müşkülləri çözməyin yolu var. Yaxın ətrafınızdakı insanlar sizə yardım edəcək.

Əkizlər - şəxsi münasibətlər müstəvisində təşəbbüslə çıxış etmək olar. Əks cinsin mənsubları ilə ünsiyyətdə diqqətli olun. Onlardan faydalı məsləhət və ya maraqlı informasiya ala bilərsiniz. Yorğunluğa şərait yaratmayın.

Xərçəng - səhər saatlarından etibarən aktiv çalışın. Eyni vaxtda bir neçə işə başlamayın. İfrat yorğunluq bu gün xroniki ağrılarınızı kəskinləşdirə bilər.

Şir - yalnız öz maraqlarınızı və mənafelərinizi düşünərək fikrinizi mütləq saysanız, ciddi problemlər yarana bilər. Diqqətli və sayıq olun. Şansı əldən verməyin.

Qız - yaxın ətrafdakı insanların fikir və niyyətlərini mütləq şəkildə nəzərə alın. Həssas, sayıq və diqqətli olun. Əks təqdirdə münasibətlər pozula bilər.

Tərəzi - ətrafınızdakı insanların maraqlarını qulaqardına vurmayın. Təhsil, tədris üçün əlverişli gün deyil. Yeni informasiya pis əxz olunur, alınan məlumatları təhlil etmək çətindir.

Əqrəb - insanların gur olduqları məkanlara yollanmayın. Dəvət olunduğunuz yerə getsəniz, xarici görünüşünüzə mütləq fikir verin. Sizi paltara görə qarşılayacaqlar.

Oxatan - yaşananları diqqətlə müşahidə edərək gərəkli nəticələr çıxarsanız, səhv və yanlış addımlardan qurtula bilərsiniz. İlk baxışdan tamamilə əhəmiyyətsiz təsir bağışlanan nəsnə və olaylara da fikir verin.

Oğlaq - istənilən xırdalıq, detal mühüm rol oynaya bilər. Nüfuzlu insanla ünsiyyət, işlə bağlı planın müzakirəsi üçün yaxşı vaxt deyil. Bu plan, niyyət və ya layihənin sizsiz reallaşma şansı yüksəkdir.

Dolça - iri işə və ya layihəyə başlamayın. Cari işlərlə kifayətlənin. Yaxın ətrafdakı insanların davranışlarının dəyərləndirilməsində səhvə yol verə bilərsiniz.

Balıqlar - yeni tanışlıq uğurlu olmayacaq. Sizə əziz insanların sözlərinə diqqətlə qulaq asın. Məsləhətlər sizə istənilən çətinliyi dəf etməyə imkan verəcək.

Milli.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs