news Image
2017.05.10
09:26
| A A A
Günün qoroskopu: mühüm məsələlərin həlli üçün yaxşı fondur

Qoç - Oberon və Fobosun münasibətləri iş şəraitinə yenilənmə, aktivləşmə verə bilər. Mühüm məsələlərin həlli üçün yaxşı fondur. Kollektivdə birgə iş yaxşı nəticə verə bilər. İntuisiyanızı işə salın.

Buğa - diqqətinizi iş prosesindən ayırmayın. Əks təqdirdə, sonrakı günlərdə yerinə yetirməli olduğunuz işlərin sayı arta bilər. Bədxahların tələsinə düşməyin.

Əkizlər - sənədlərdə dəqiqlik və səhihliyə fikir verin. Xoşladığınız işlərə axşam saatlarında vaxt ayırın. Bununla belə, məqsədi və hədəfi unutmayın. Qətiyyətli davranın.

Xərçəng - Aktiv, təşəbbüskar, qıvraq və çevik olun. Həllinə doğru çoxdan bəri irəlilədiyiniz məsələnin gündəmə gəlməsi mümkündür. Lakin planlarınız doğurlmayacaq. Məlumat toplayın, bundan sonrakı addımlarınızı müzakirə edin, amma olaylara süni təkan verməyin.

Şir - Erida və İonun münasibətləri günü xəbər, zəng, danışıq, xahiş və tələb sarıdan bol edəcək. İdeyalarınız və konstruktiv təklifləriniz cavabsız qala bilər.

Qız - həyat sizi qeyri-adi imkanla üzbəüz qoya bilər. İlkin mərhələdə dağıntılar mümkündür. Yeniliyi yoxlayın, əlavə sınaqdan keçirin.

Tərəzi - ünsiyyəti bir qədər məhdudlaşdırın, qonaq dəvət etməyin. Yaşam məkanında yeni, prinsipial heç nəyə başlamayın. Aktiv olun, süstlük etməyin. Yüz ölçüb, bir biçin.

 

Əqrəb - təxtirəsalınmaz iş, müdaxilə sinirlənməyə səbəb olacaq. Evinizi, ailənizi kənar təsirdən və münasibətlərə qarışmaq cəhdlərindən maksimal dərəcədə qoruyun.

Oxatan - Umbriel və Kallistonun münasibətləri sizdən bu gün rasional, müdrik davranış tələb edir. Ailə üzvünüz və ya yaxın qohumunuzla bağlı qəfil xəbər gələ bilər.

Oğlaq - İşdə yoxlama, günahkar axtarışı, habelə yanlışlıqların aradan qaldırılması ilə bağlı tapşırıq istisna deyil. Faydalı iş əmsalını artırmaq üçün avadanlıq və ya vasitəni dəyişmək olar. Məsləhətlərdən yararlanın.

Dolça - qarşılıqlı anlaşmaya çətinliklə nail olduğunuz insanla maraqlana bilərsiniz. Mübahisələr və ya münaqişələr aktivliyinizi artıracaq. Bədxərclik etməyin.

Balıqlar - nagahani hadisə planlaşdırılmış olaydan daha yaxşı ola bilər. Səbrsiz olsanız, ətrafdakı insanlara təzyiq etsəniz, nigaranlığınız gerçəkləşə bilər.

Milli.Az