Əlaqə Arxiv
news Image
2018.07.23
09:30
| A A A
Bürclərə görə qadınlar sevgilisinin yanında özlərini necə aparır? - FOTO

Əgər sevgiliniz işarələrdən və eyhamlardan anlamırsa, o zaman ona bu yazını göndərin. Ola bilsin ki, bürcünüzün xüsusiyyətləri ilə tanış olduqdan sonra nəhayət ki, sevimlisinin nə istədiyini başa düşəcək.

Movqe.az publika.az-a istinadla bürclərə görə qadınların sevdiyi kişilərlə davranış münasibətləri ilə bağlı maraqlı faktları təqdim edir.

Qoç

Temperamentli Qoç qızları əyləncə üçün deyil, onlara mərd, döyüşçü və hər gün mini-apokalipsisə dözə biləcək kişi lazımdır. Qorxaqlar onlara görə deyil. Bəzən Qoç bürcünün qızları bütün təşəbbüsü öz üzərinə götərərək tərəf müqabilini ikinci planda qoyur.

Buğa

Bu bürcün nümayəndələri məharətlə danlamağı, motivasiya və manipulyasiya etməyi bacarır. Və əlbəttə ki, təhdid etməyi. Çünki Buğa qızları istəyir ki, hamı onlara həsəd aparsın. Əgər kasıb oğlana rast gəlsələr, həmin şəxsin Buğaların dəstəyi sayəsində varlı və uğurlu olması üçün bütün şansları var. Sözsüz ki, sağ qalsalar...

Əkizlər

Bu qız bəzən elə məharətlə intriqalar qurur ki, bununla nəinki başqalarını, həm də özünü aldadırır. Əkizlər bürcü məhəbbətə inanır, bu hiss daxildən yaranmasa belə. Onlar oğlan haqqında hər şeyi bilir və onun içini görür. Odur ki, özünü gizlətmək faydasızdır.

Xərçəng bürcü

Xərçəng bürcləri arzuların qadınıdır. Onlar sevdiyi insanı hər zaman dəstəkləyəcək və ona yarınmaq istəyəcək, lazım gələrsə bunun üçün onun bütün dostları və qohumları ilə dostluq etməyə razı olacaq. Xərçəng qadınlarının həssaslığı kişilərin diqqətini həmişə çəkəcək.

Şir

Şir bürcü özlüyündə hər şeyi izah edir. Bu bürcün qızlar onları bütün səltənətilə təmin etməyə hazır olan kişilərlə görüşürlər. Onlar öz yanında heç bir rəqibə dözməyəcək. Şir bürcü altında doğulan qızlar həmişə böyük enerji və ehtiras doludur. Bundan başqa, münasibətlərdə tiranlıq nümayiş etdirməyi sevirlər.

Qız

Qız həmişə hər şeyi başa düşür, ona heç vaxt nəyisə yüz dəfə izah etmək lazım deyil. Onunla hər şeyi ətraflı danışmaq olar. Bir də Qız bürlcəri çox ağıllıdır. Sevdiyi kişini həmişə dəstəkləyəcək və ona məsləhət verəcəklər. Bu bürclərin zərif nümayəndələri sevdiyi kişiyə hətta bütün dostlarını unutdura bilər. Qız bürcləri onları asanlıqla əvəz edəcək.

Tərəzi

Tərəzi bürcünün qızları dovşan kimi həssasdır. Lakin bu sevimli məxluqlar məişət məsələlərində tamamilə faydasızdır. Tərəzi bürcləri özünə həddən artıq çox vaxt ayırır. Bu, onların kobud gerçəklikdən özünü ayrımaq üçün bir vasitəsidir.

Əqrəb

Əsl ifritədir. Oğlanlar Əqrəblərin sevgilisinə həsəd aparırlar: O gözəl, cazibədar və ağıllıdır. Bir sözlə, ideal təcəssümüdür. Amma hər şey elə də asan deyil. Bu bürclərin şüarı belədir: “Alçalt və idarə et". Müqavimət göstərəni isə məğlubiyyət gözləyir.

Oxatan

Sevgi münasibətlərində onlar özünü yalandan təvazökar göstərmir, naz etmir. Təbii ki dözür, səmimiyyət göstərir, lakin sevgilisinə qarşı olan hisslərini gizlətmir. Oxatan bürcləri qarşı tərəfə çox şey verə bilər. Amma əvəzində çox da tələb edir. Onlar özünü bütünlüklə sevdiyi adama həsr edir və bacardığı qədərini də alır. Odur ki, mənfəət həvəskarlarına yalançı ümidlər bəsləməyə dəyməz.

Oğlaq

Oğlaq qızları ehtiyatlıdır. Onlar öz planlarını həyata keçirmək üçün kişidən istifadə etməyə çalışacaq. Oğlaq bürcünün qızları nə istədiyini bilən və onnları əldə edən kişilərə hörmət edir. Və ona xüsusi münasibət bəsləməyən kişilərə nifrət edir.

Dolça

Hər bir Dolça bürcünün (red.qadınlar) qəlbində qayğıkeş və anlayışlı qızcığaz gizlənib. Onlar münasibətlərin həmişə sabit qalmasını istəyir və bunun üçün əlindən gələni edir. Məhz bu bürcün qızları çılğın həyat tərzinə son qoyaraq sədaqətli həyat yoldaşı və yaxşı ana olur. Lakin onlara dözmək də hər kişinin işi deyil.

Balıq

Balıq aktrisadır. Bu bürcdən olan qızların sevgilisi onların əslində nə istədiyini və nə düşündüyünü nadir hallarda anlaya biləcək. Bundan başqa o, çözməyə çalışacaq ki, əslində onun sevimlisi kimdir? Həmçinin Balıqların seçdiyi kişilər yaxşı qazanan olmalı və öz ayaqları üstündə dayanmağı bacarmalıdır.

Sizin Reklam Yeriniz