Əlaqə Arxiv
news Image
2018.11.15
10:09
| A A A
Günün qoroskopu: Qısqanc davranmayın

Mövqe.az Milli.Az-a istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - münaqişəli situasiyaları çözməyə çalışın. Həddən artıq yorulacağınız işə başlamayın. Şübhəli işlərə qatılmayın. Niyyətiniz dürüstdürsə, yaxın ətrafınızdakı insanlar bunu dəyərləndirəcəklər.

Qohumlarla münasibətləri korlamayın.

Günün ikinci yarısında danışıqlar və müzakirələrdə diqqətli olun. İnsanların gur olduqları yerlərə can atmayın.

Aktivliyi unutmayın, fəal davranın. Səhhətinizin qeydinə qalın. Yeni pəhrizə başlamaq olar.

Buğa - bütün işləri bu gün bitirməyə can atmayın. Sizdən asılı olmayan şərtlər var. Planlarda köklü dəyişiklik istisna deyil. Mənfi emosiyalarınızı büruzə verməyin.

Günün ikinci yarısında yaxınlarınızdan biri sizə qarşı əsassız iddialarla çıxış edəcəklər. Araşdırma və müzakirələrdə fəallıq etməyin. Bir qədər düşünün. Belədə yaranmaqda olan münaqişəni çözə bilərsiniz. Axşam saatlarında görüşü, alış-verişi təxirə salın. Vaxtınızı ailənizlə keçirin.

Əkizlər - ünsiyyətinizi minimuma endirməyə çalışın. Yeni layihələrə başlamayın, mühüm saziş və ya sənədi imzalamayın. Peşəkar fəaliyyət müstəivisindəki tərəfdaşlarla yanaşı, ailə üzvlərinin də sizə münasibətlərində anlaşılmazlıqlar ola bilər.

Yaxın ətrafınızdakı insanları kəskin tənqid etməyin.

Günün ikinci yarısında mümkün münaqişənin qarşısını alın, sülhyaratma missiyasını reallaşdırın. Təxribatlara uymayın. Ən ağır situasiyalarda da sakit və təmkinli olun.

Axşam saatlarında enerji səviyyəniz aşağı düşəcək. Evdə, sakit şəraitdə istirahət edin. Səhhətinizə fikir verin.

Xərçəng - bütün fəaliyyət sahələrində riski istisna edin. Yeni işə başlamayın, uzaq səfərə yollanmayın. Yaxınlarınızdan birinin maddi və ya mənəvi dəstəyinə bel bağlaya bilərsiniz.

İnandığınız insanların məsləhətlərinə qulaq asın. Bu minvalla çətin vəziyyətdən çıxa bilərsiniz.

Günün ikinci yarısında maliyyə məsələlərinin həllini ertələyin. Borc pul almayın. Orqanizminizin durumuna fikir verin. Yaxşı istirahətə ehtiyacınız var.

Şir - asılı olduğunuz və ya yaşamınıza hər hansı formada təsir imkanlarına malik insanla görüşü ertələyin. Münaqişəli situasiyanın iştirakçısı olmayın. Bütün problemləri ani cəhdlə həll etməyə can atmayın. Müşküllərin çözümünü ideal səviyyəyə çatdırmağa çalışmayın.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlar səylərinizi yetərincə dəyərləndirməyəcəklər. Yaxınlar və dostlarla münasibətləri gərginləşdirməyin. Sevdiyiniz insanla axşam saatlarında görüşmək olar.

Qız - şəxsi münasibətlər ön plana çıxacaq. Münasibətlər sınanacaq. Dəyər verdiyiniz insanla bağlı yeni, ürək açmayan həqiqəti öyrənəcəksiniz. Ünvanınıza çox ədalətsiz iradlar səslənəcək.

Günün ikinci yarısında iri miqyaslı maliyyə əməliyyatları keçirməyə dəyməz. Risk etməyin. İşinizi sürəkli kontrolda saxlayın.

Səhvlər və itkilərdən xali deyilsiniz.

Axşam saatlarında əyləncə məkanına istirahətə yollanmayın.

Tərəzi - yardıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Pis gün deyil. Maliyyə çətinlikləri istisna olmasa da, problemləri həll etmək üçün borc almayın, kredit götürməyin. Riskli situasiyalardan da uzaq durun.

Günün ikinci yarısı yaxın dostlarla görüş üçün əlverişlidir. Amma səs-küylü məclisə qatılmayın. Sevdiyiniz insan sizə xoş sürprizlər edəcək.

Axşam saatlarında istədiyiniz kimi istirahət edə bilərsiniz.

Əqrəb - yaxın ətrafınızdakı insanların sizdən sui-istifadə etməyə çalışdıqlarını hiss edəcəksiniz. Onların hərəkət və davranışlarında məntiq yoxdur. Var qüvvənizdən yararlanaraq məqsədə çatmağa çalışmayın.

Yel dəyirmanları ilə savaşmayın.

Sevdiyiniz insanla münasibətləri günün ikinci yarısında harmonik saxlamağa çalışın. İtkilər və cərimələr istisna deyil.

Axşam saatlarına yaxın ailə üzvlərinə daha çox vaxt ayırın. Səs-küy və vurnuxmadan uzaqda, ailə üzvləri ilə birlikdə dincəlin.

Oxatan - gün ərzində gərgin, mürəkkəb situasiya olacaq. Aktivliyi bir qədər azaldın, cari işlər barədə düşünün. Mövcud situasiyaya bir qədər kənardan baxmağı bacarın. Problemin orijinal həll yolunu tapa bilərsiniz.

Çoxdan bəri aradığınız məlumat və ya xəbəri günün ikinci yarısında ala bilərsiniz. Yaxınlarınızla təmaslarda rəvanlığı pozmayın. Köhnə umu-küsünü yenidən gündəmə gətirməyin. Bütün istəklərinizin reallaşmasını istəməyin.

Axşam saatlarında qohum və ya dostlardan biri qonaq gələ bilər.

Oğlaq - ailə münasibətlərindəki gərginlik günün ilk yarısında pik həddə çata bilər. İnciklik, tənqid və iradları eşitməyə hazır olun. Deyilənlərə verəcəyiniz reaksiya mübahisənin sonucunu həll edəcək. Sakit olub təmkinlə davransanız, münasibətlərdəki harmoniyanı bərpa etmək mümkündür.

Günün ikinci yarısında əhvalınızda kəskin dəyişikliklər olacaq. Aqressiyaya yol verməyin. Haqlı olduğunuzu sərt şəkildə sübut etməyin. Sözlərinizi yumşaldın, hikkə ilə danışmayın.

Axşam saatlarında başağrısı peyda ola bilər.

Dolça - səbrli və təmkinli olsanız, problemlərin uğurlu həllinə bel bağlaya bilərsiniz. Maliyyə məsələlərinin həllinə çox vaxt ayırmayın. Riskli, şübhəli əməliyyatlara başlasanız başlasanız, uduzacaqsınız.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdəki anlaşılmazlıq problemlər yaradacaq. Hansısa hadisələri sirr saxlayın. Fəqət, sevdiyiniz insandan nəyisə gizlətməyə çalışmayın. Çünki bu olay sonradan aşkarlanarsa, sərinləşmə yarana bilər.

Qısqanc davranmayın.

Balıqlar - yaradıcılıq fəaliyyəti ilə məşğulsunuzsa, enerji artımını hiss edəcəksiniz. Uğurlu situasiyadan yararlanaraq bilik və bacarıqlarınızı nümayiş etdirin. Yeni süjet, orijinal ideya tapa bilərsiniz. Tapıntılarınızı unutmayın, amma hər addımbaşı da onlardan bəhs etməyin.

Günün ikinci yarısında çətin problemi sürətlə həll edəcəksiniz. Tələsməyin, irəliyə doğru aramla irəliləyin. Hərəkətlərinizi planlaşdırın.

Axşam saatları istirahət zamanıdır.

Sizin Reklam Yeriniz