news Image
2020.03.22
09:04
| A A A
Günün qoroskopu: yaşanan situasiya sizə fikrinizi tam aşkar şəkildə izhar etməyə mane ola bilər

Qoç - qəfil dəyişikliklərin səbəblərini və köklərini anlamaq üçün soyuqqanlı olun, məntiqlə düşünün. Yalnız fövqəladə vəziyyətlər təcili həlləri tələb edir: yerdə qalan situasiyalar gözləyər. Məişətdə və yollarda travma, qəza ehtimalı yüksəkdir. Yaxın ətrafınızdakı insanlarla çox səmimi olmayın, onları sərt tənqid etməyin.

Buğa - elementar qayğı, dost dəstəyi, səmimi yardım bu gün qaçılmaz əməllər olmalıdır. Xəstə qohuma və ya problemlərlə qarşılaşmış dostunuza baş çəkməyi unutmayın. Axşam saatlarında əyləncədə, yeməkdə və hisslərdə ifrata varmayın.

Əkizlər - bu gün yaşanacaq hadisələr eqoist, özünə vurulmuş adamlar üçün pis məşq deyil. Özünüzdən savayı kimsəni unikal fərd saymırsınız? Bəlkə bir qədər yanılırsınız?! Düşünün... Ətrafınızdakı zəif və gücsüz insanlar yardımınıza ehtiyac duya bilərlər. 

Xərçəng - qadınlar arasında sərt münaqişə istisna deyil. Ayrılıqda yaşayan gəlin və qayınana bu  gün görüşməsələr, yaxşıdır. Ürək bayram istəyirsə, evdə isə işlər çoxdursa və kimsə də yardım etmək fikrində deyilsə - münaqişə qaçılmazdır. Hər şeyə rəğmən, problemlərin öhdəsindən təkbaşına gəlməyə çalışın.

Şir - yeni görüşlər, tədbirlərə baş çəkilməsi xeyir verə bilər. Yenilik gətirən nə varsa, yaxşıdır. İnformasiya aldığınız ənənəvi kanalları genişləndirin. Təklif və dəvətlərdən boyun qaçırmayın. Bununla belə, problemlər yaratmamaq üçün ehtiyatlı olun.

Qız - bu gün maliyyə məsələlərində xüsusilə soyuqqanlı, təmkinli olun. Alış-verişdə bədxərclik etməyin. Günün ilk yarısında işlərə fəal başlayın və kənardan sizə kimsənin irad bildirməsinə imkan verməyin. "Torbada pişik" tipli təklifləri qulaqardına vuraraq real tələbat duyulan işlə məşğul olun.

Tərəzi - əks cins mənsubunun nə istədiyini anlamağa çalışın. İşdə mühüm qərarların qəbul edilməsini qadına tapşırmayın. Əks halda iş başlamamış kiçik anlaşılmazlıqlar və bataqlıqlar burulğanında batacaq. Dostlarınızı sınağa çəkməyin. İstənilən sınağın nəticəsi gözlənilməz olur.

Əqrəb - bu gün çətin məsələlərin həllinə çalışmayın. Uzunmüddətli həll tələb edən, qarışıq və məsuliyyəti problemlərin çözümünə başlamazdan əvvəl yaxşıca götür-qoy edin. Ailə üzvləri və qohumlarla münaqişə yaratmayın. Təfərrüatlara, detallara diqqət yetirin. Hadisələrin kulislərində yaşananları gözdən qaçırmayın.

Oxatan - yaşanan situasiya sizə fikrinizi tam aşkar şəkildə izhar etməyə mane ola bilər. Sadalanan nüanslara günün kinci yarısındakı problemlər əlavə oluna bilər. Yaxın ətrafınızdakı insanlardan biri, iş yoldaşı ilə münasibətlərin aydınlaşdırılması məsləhət deyil. Hər məqama konkretlik gətirmək istəyi sizə baha başa gələ bilər.

Oğlaq - ailə büdcəsi və ya maliyyə ehtiyatlarınızla ehtiyatlı olun. İntensiv məşğuliyyət, fiziki qüvvə tələb edən işlər üçün əlverişsiz gündür. Axşam saatlarında tam ruhi istirahət və fiziki relaksa nail olun.

Dolça - iş yoldaşları, tanışlar və ya qonşularla sülh şəraitinə nail olmaq istəyi bu gün birmənalı qarşılanmaya bilər. Yaxın ətrafınızdakı insanların tələblərinə tam uymayın. Sərrast davranın, başqalarının maraqlarının sizin mənafeyinizi üstələməsinə şərait yaratmayın. Tənqiddə ehtiyatlı olun. Xoş sürpriz və ya əyləncəli zarafat sandığınız sözləri sərt tənqid kimi qəbul edə bilərlər.

Balıqlar - səhər saatlarında iki adamın əvəzinə işləyin. Ümid etdiyiniz rahat və rəvan şərait yaranmamış pozula bilər. Əlavə iş isə pul vəd etsə də, sizi yoracaq. Tanış durumda istirahət, ya da iş problematik olacaq. Şəxsi münasibətlərdə dönüş ola bilər. Amma hər şeyin təfərrüatına varmağa cəhd göstərməyin.