news Image
2014.06.14
07:00
| A A A
İyunun 14-nə olan astroloji proqnoz

Qoç- yeni işlərə və layihəyə başlamaq üçün əlverişli zamandır. İndiyədək məşğul olduğunuz işlərdən fərqli istiqaməti seçə bilərsiniz. İstənilən, hətta ən çətin problemin öhdəsindən gələ bilərsiniz. Yardım edə biləcək və ya yaxşı məsləhət verəcək insanı tapın.

Günün ikinci yarısında maliyyə fonu uğurlu olacaq. Yaxşı gəlir əldə etmək, sərfəli anlaşma və ya sövdələşməyə nail olmaq imkanları yaranacaq. Dəvət aldığınız tədbirə qatılın.

İşgüzar danışıqlarda iradəli, qətiyyətli olun.

Buğa- gün ərzində yaranacaq problemlərin çətinliyindən asılı olmayaraq onların öhdəsindən gələcəksiniz. Yaşam potensialının səviyyəsi yüksəkdir. İşlər çox olsa da, ifrat yorğunluq hiss etməyəcəksiniz.

Günün ikinci yarısında istənilən halda, bütün situasiyalarda nikbin qalın. Köhnə dostlarla görüş, uzaq qohumların viziti istisna deyil.

Həmkarlarla qeyri-formal şəraitdə ünsiyyət şansını qaçırmayın. Faydalı məlumat alaraq dürüst qərar qəbul edə bilərsiniz.

Qəfil gəlir olacaq.

Əkizlər- maliyyə fonu uğursuzdur. Planlaşdırılmamış xərclər, itkilər istisna deyil. Köhnə borcların ödəniləcəyini, hansısa təzminatı düşünməyin. Peşəkar uğurlar istisna deyil. Amma bunun üçün səy göstərməlisiniz.

Günün ikinci yarısında həmkarlarla münasibətləri korlamayın. Onların sizinlə bağlı gözləntiləri yüksəkdir. Bunu aşkar şəkildə deməyin. Məmurlar, dövlət qurumlarının nümayəndələri ilə təmaslar məsləhət deyil.

Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri güclənəcək. Yaxınlarınızla dil tapacaq, yeni tanışlıqlara nail olacaqsınız.

Xərçəng- işlə bağlı istənilən formalı qərar qəbul edərkən sərvaxt olun. Xırdalıqlara və detallara fikir verin. Mənasız riskə getməyin. Bol vədlər verən, amma real işləri ilə etimadınızı qazanmamış insanlara bel bağlamayın.

Uzunmüddətli əməkdaşlıq və ya iş yerinin dəyişdirilməsi ilə bağlı planları təxirə salmaq olar. Tələsməyin, vurnuxmalara aldanmayın.

Günün ikinci yarısında sərt və aqressiv davranmayın. Münaqişələr yaratmayın, yaxın ətrafınızdakı insanlara sürəkli iradlar bildirməyin. İxtilaf, qarşılıqlı iradlar və incikliklərə son qoymaq üçün səhvlərinizin fəsadlarını aradan qaldırın.

Şir- işdə problemlər istisna deyil. Həmkarlarla münaqişə və rəhbərliklə ciddi fikir ayrılıqları ola bilər. Maliyyə itkilərinə yol verməmək üçün bədxərclik etməyin. Yaxşı tanımadığınız insanlara borc verməyin.

Yeni layihələrə başlamaq, uzunmüddətli əməkdaşlıqla bağlı məsələləri müzakirə etmək üçün əlverişli zaman deyil.

Günün ikinci yarısında yaşam potensialının səviyyəsi yüksək olacaq. Əhvalınız korlanmayacaq. Fiziki işlərdə xeyir var. Axşam saatlarında maraqlı tanışlıqlar olacaq, qohumlar sizi xoş xəbərlərlə sevindirəcəklər.

Qız- günün ilk yarısından maksimal dərəcədə yararlanın, effektiv çalışın. Maliyyə məsələlərini həll edə bilərsiniz. Nüfuzlu insanlar və dövlət qurumlarının nümayəndələri ilə təmaslarda hüquqlarının tapdanması ilə əsla barışmayın. Çəkinməyin, rüşvətxorun qarşısından geri çəkilməyin.

Günün ikinci yarısı peşəkar fəaliyyət baxımından əlverişli olsa da, mənfi təmayüllərin təsiri güclənəcək. Yeni problemlər yaranacaq. Ailədə münaqişə, sevdiyiniz insanla mübahisə riski var.

Yaşam potensialının səviyyəsi aşağıdır. Özünüzü qoruyun.

Tərəzi- yeni işə və ya layihəyə başlamaq üçün əlverişli zamandır. Ciddi təşəbbüslə çıxış edə bilərsiniz. Enerjili, qətiyyətli, aktiv olun. Nəzərdə tutduğunuz məsələni təxirə salmadan həyata keçirin. İşgüzar danışıqlar məhsuldar olacaq.

Günün ikinci yarısında yeni müttəfiqlər tapa bilərsiniz. Praktiki məsələlərə daha çox diqqət ayırın.

Ailədə maliyyə məsələləri mübahisəyə səbəb ola bilər. Ciddi münaqişənin yaranmaması üçün səy göstərin.

Axşam saatlarında hədiyyə, xoş sürprizlər ola bilər.

Əqrəb- yaxın ətrafınızdakı insanlarla dil tapın. Nə zaman nəyi deməyin gərəkdiyini bilin. Dəyər verdiyiniz insanların xətrinə dəyməyin. Münaqişə səbəbkarı olmayın. Qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın.

Günün ikinci yarısında münasibətləri qorumaq üçün maraqlarınızı və mənafeyinizi qurban verməyin.

Bilik və bacarıqlar əldə etmək, təcrübəni artırmaq, peşəkar hazırlıq səviyyəsini yüksəltmək üçün münasib zamandır. Dünyagörüşünüzü genişləndirin.

Ağıllı və maraqlı insanla tanış olacaqsınız. Onunla ünsiyyət faydalı olacaq.

Oxatan- mənfi təmayüllərin təsirinin artdığı gündə çalışmaq və yaxşı nəticələrə nail olmaq asan deyil. Adi günlərdən fərqli olaraq yaxın ətrafınızdakı insanlarla münaqişə etməyin. Alış-verişdə bədxərcliyə yol verməyin. Parlaq və ya ekstravaqant əşyalar sizi tez usandıracaq.

Günün ikinci yarısında əks cins mənsubları ilə ünsiyyətdə sərvaxt, sayıq olun. Sözləriniz və iradlarınız yanlış anlaşıla bilər. Yeni münasibətlərin başlanması üçün əlverişli zaman deyil.

Axşam saatlarında təmaslarda diqqətli davranın.

Oğlaq- yaşamınızda köklü və ya ciddi dəyişikliklərə hazır olduğunuzu hiss edirsinizsə təxirə salmadan aktiv fəaliyyətə başlayın.

Peşəkar fəaliyyət müstəvisində ambisioz planları reallaşdıra bilərsiniz. Çətin problemin həllində aktiv olun.

Günün ikinci yarısında köhnə dost və ya yaxın qohumun yardımı artıq olmayacaq.

Yaşam potensialının səviyyəsi yüksəkdir. Axşam saatları aktiv istirahət, açıq havada gəzinti üçün əlverişlidir

Dəvət aldığınız yerə yollanmayın. Getsəniz, darıxacaqsınız.

Dolça- intuisiyanıza bel bağlayın. Yaranan suallara cavab tapmağa, problemləri həll etməyə çalışın. Sərfəli anlaşmaya nail olmaq, maliyyə durumunu yaxşılaşdırmaq şansları var.

Günün ikinci yarısında işgüzar tərəfdaşla danışıqlarda irəliləyişə nail ola bilərsiniz. Səfər və ya səyahət uğurlu olacaq.

Maraqlı, cazibədar təkliflər ala bilərsiniz. Yaşamın bütün sahələrində irəliləmək üçün səy göstərməlisiniz. Potensial nəticələr buna dəyər.

Axşam saatları xoş görüşlər, dəyər verdiyiniz insanlarla təmaslar üçün əlverişlidir.

Balıqlar- sakit, rahat, münasib gündür. Mühüm işlərə başlayanda dərhal başgicəlləndirici uğurlara nail olacağınızı düşünməyin. Səylərin bəhrəsi gözləntilərinizdən də artıq olacaq.

İşdə həmkarlarla münasibətlər pis deyil. Rəhbərliyin sizlə bağlı mövqeləri də pis deyil. Önəmli saydığınız məsələlərdən birini həll edə bilərsiniz.

Günün ikinci yarısında ailədəki problemi müzakirə etmək olar. Diskussiya konstruktiv məcrada olmalıdır. Fikirlər və baxışlar müxtəlif olsa da, münaqişənin yaranmasının qarşısını alın. Yeni tanışlıqlara can atmayın.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs