news Image
2014.10.09
07:00
| A A A
Oktyabrın 09-na olan astroloji proqnoz

Qoç- nüfuzlu insanlarla təmaslar və yeni tanışlıqlar üçün əlverişli zamandır. Təmkinli, səbrli və eyni zamanda həssas olun. Yeni müttəfiqlərlə tanışları asanlıqla tapa bilərsiniz. Yaradıcılıq üçün yaxşı zamandır.

Günün ikinci yarısında çoxdan aradığınız insan sizinlə əlaqə saxlayacaq. Fəaliyyət arealında qayda yaradın. İş yerini dəyişmək və ya köçlə bağlı fikirləri təxirə salın. Şəxsi həyatınızda ciddi dəyişikliklər ehtimalı çox azdır. Ümumilikdə isə situasiya pis deyil.

Buğa- günün vəd etdiyi çətinlikləri aradan qaldırmaq üçün əzmlə, diqqətlə çalışmağınız gərəkdir. Yeni zirvələr fəth etmək üçün bütün variantlardan, yaranmış şanslardan istifadə edin. Peşəkar fəaliyyət müstəvisində dəyişikliklər istisna deyil.

Günün ikinci yarısında yarımçıq qalmış işləri başa vurun. Şəxsi münasibətlərdə stabilliyə can atın. Avantüra arayırsınızsa, bir qədər risk etmək olar. Yaxınlarınızın mənasız, hətta axmaq saydığı əməllərin gerçək mahiyyətini, təbii ki, siz bilirsiniz. Münaqişə aramayın.

Əkizlər- kiçik çətinliklər və anlaşılmazlıqlara rəğmən işlərin öhdəsindən gəlməyə çalışın. Qərarlarınız tələsik olmasın. Situasiyanı götür-qoy edəndən sonra müşahidə etdiyiniz təmayülləri dəyərləndirin. Sağlam məntiqə əsaslanın. Belədə sizi məqsədə doğru aparan yoldan çıxarmaq çox çətin olacaq.

Günün ikinci yarısında öz işlərinizi təxirə salaraq başqalarının problemlərinin çözülməsi ilə məşğul olmayın.

Liderlik məziyyətlərinizi nümayiş etdirin.

Axşam saatları yaxınlarınızla ünsiyyət, birgə istirahət, əyləncə üçün yararlıdır. Darıxmayacaqsınız. Alış-verişə çıxa bilərsiniz.

Xərçəng- darıxdırıcı və ya yorucu işləri də yarımçıq qoymayın. Etibarlı, sınanmış insanlarla çalışın. İşin ən ağır, yorucu hissəsini onlara həvalə etmək olar.

Hesabatların tərtibi, biznes planlaşdırılması üçün münasib zamandır. Rəqiblərin kommersiya fəaliyyətini təhlil edin. Düzgün strategiya seçin.

Günün ikinci yarısında qiymətli hədiyyə və ya maraqlı təklif ala bilərsiniz. Planlaşdırılmamış səfər, qəfil tanışlıq ola bilər.

Axşam saatları pozitiv emosiyalar vəd edir.

Şir- birgə fəaliyyət və əməkdaşlıq üçün fəna zaman deyil. Tərəfdaşlarınızdan birinin müstəqil, nüfuzlu insan olmasında fayda var. Uğur qazanmış insanlar sizi dəstəkləyəcəklər. Uğursuz və zavallılar isə sürəkli tənqid edəcək, kölgənizi qılınclayacaqlar.

Onların dediklərinə fikir verməyin.

Günün ikinci yarısı yeni layihə və ya işlə bağlı müzakirələr zamanıdır. Şəxsi münasibətlər üçün neytral vaxtdır. Bu sahədə ciddi dəyişikliklər ağlabatan deyil.

Belə olsun.

Axşam saatlarında gəzintiyə çıxın.

Qız- ulduz olmağa, özünüzü məşhur adam qismində qələmə verməyə çalışmayın. Uğurlarınız barədə çox danışmayın. Təvazökar olun, səmimi davranın. Bəzi problemlərdən danışmağa dəyər. Peşəkar fəaliyyət sahəsində yerinizdə saymayın, irəliləməyə çalışın.

Günün ikinci yarısı faydalı anlaşmalar və yaxşı sövdələşmələr vəd edir. Şəxsi həyatınızda nə isə dəyişə bilər.

Axşam saatlarında əhvalınız pis olmayacaq. Enerji çatışmazlığı aşkar hiss olunmasın deyə, özünüzə fikir verin. Səhhətinizin qeydinə qalın.

Səfər, planlaşdırılmamış səyahət pis alınmayacaq.

Tərəzi- mübarizəyə qətiyyətlə atılın. Qələbə şansınız az deyil. Qətiyyətli və əzmkar olsanız, rəqibləri üstələyəcəksiniz. Yeni işə başlayırsınızsa, ən xırda məsələlərə, təfərrüatlara fikir verin. Kiminsə rəğbətini qazanmaq fikriniz varsa, bilik və bacarıqlarınızı nümayiş etdirin.

Günün ikinci yarısında əməlləriniz barədə çəkinmədən danışmayın. Ən çətin işlərin öhdəsindən gələ bilərsiniz.

Axşam saatlarına yaxın ciddi fiziki işlərlə məşğul olmayın. Mikrotravma və zədə ehtimalı var. Rahatlanın, bir qədər istirahət edin.

Əqrəb- işgüzar görüşlər və danışıqlar üçün əlverişli zaman deyil. Peşəkar fəaliyyət sahəsində nəyəsə nail olmaq fkiriniz varsa, fürsəti fövtə verməyin. Şəxsi münasibətlərdəki durumu faciəyə döndərməyin. Aldığınız məlumatlar qarışıq və laübəlidir. Dürüst nəticəyə gəlmək asan deyil.

Kiçik uğursuzluqlar istisna deyil.

Günün ikinci yarısında planlarınızda dəyişikliklər edin. Onları dəyişmiş situasiyaya uyğunlaşdırın.

Təmaslarda və əlaqələrdə həssas olun. Sizi tərifləyən, şirnikləndirici vədlər verən insanlara inanmayın. Tənqidlərə aqressiv reaksiya verməyin. Yaşlı qohumların və təcrübəli dostların dediklərinə qulaq asın.

Oxatan- mühüm suallara cavab tapmağa çalışın. Bu gün əldə edəcəyiniz məlumat heyrətamiz təsir bağışlayacaq. Bəzi məqamlar şok effekti yarada bilər.

Yeni informasiyaların nə qədər faydalı olacağını az sonra anlayacaqsınız.

Günün ikinci yarısında faydalı anlaşmalar mümkündür. Borc almaq, kredit almaq olar.

Yaxın adamlarınızla münasibətləriniz birmənalı olmayacaq. Dəyər verdiyiniz şəxslərlə qarşılıqlı anlaşmaya can atın.

Boş, dəyərsiz məsələlərə görə sevdiyiniz insanla təmasları gərməyin. Münasibətləri aydınlaşdırmağa çalışmayın.

Oğlaq- günün ilk yarısı asan və rahat olacaq. Bir çox işlərə başlayaraq maneələr hiss etmədən irəliləyə bilərsiniz. Yeni işə başlamaq fikriniz varsa, start zamanını intuitiv olaraq hiss edin. Müəyyən işləri başqalarına həvalə edərək qüvvə və zamandan optimal yararlanmaq olar.

Nikbin olun.

İndiyədək sizdən uzaq durmağa çalışan insanlar günün ikinci yarısında sizə can atacaqlar. Kommersiya fəaliyyəti, anlaşmalar və sövdələşmələr üçün yararlı zamandır.

Emosional fon əlverişli deyil. Mənfi təmayüllərin təsiri güclənəcək. Həddən artıq yorula bilərsiniz. Anlaşılmazlıq və ixtilaflar sonradan ciddi münaqişələrə çevrilə bilər. Mənasız söhbətlərə qatılmayın.

Dolça- mənasız risk və səbəbsiz nigaranlıqdan uzaq olsanız, işlərinizdə ciddi irəliləyişlərə nail ola bilərsiniz. Əvvəlcədən hazırlanmış plan üzrə hərəkət edin. Zərurət yaranarsa, improvizə edin. Fəqət yaxın ətrafınızdakı insanları şoka salacaq, təəccübləndirəcək əməllərə yol verməyin.

Günün ikinci yarısında yazılmamış qanunları və ənənələri pozmaq məsləhət deyil.

Kiçik səfərlər, səyahət, yaşam və ya fəaliyyət arealında dəyişikliklər üçün əlverişli zamandır. Hisslərinizi etiraf edin. Sevdiyiniz insana sürprizi unutmayın. Qeyri-adi romantik etiraf əhvalınızı yaxşılaşdıracaq.

Balıqlar- müsbət təmayüllərin təsiri artacaq. Əvvəlki günlərdə yaranmış problemləri uğurla həll edə bilərsiniz. Yeni dostlar və müttəfiqlər qazanacaqsınız. Qətiyyətli, məqsədyönlü şəkildə çalışsanız, ciddi nailiyyətlərə doğru irəliləyəcəksiniz. Çətin vəziyyətə düşsəniz, yaxın ətrafınızdakı insanlar sizə yardım edəcəklər.

Günün ikinci yarısında emosiyalarınıza nəzarət edin. İnsanlar barədə ilk baxışda fikir yürütsəniz, yanıla bilərsiniz. Olmayan yerdə ideal aramayın. Düşünülməmiş addımlar atmayın, kobud səhvlərə yol verməyin.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs