news Image
2016.05.04
11:07
| A A A
Günün qoroskopu: maraqlı tanışınız peyda ola bilər

Qoç - Adətən ünsiyyətdən qaçan adamlar da bu gün dost məclisi axtaracaqlar. Eşq macəraları asanlıqla başlayır. Hər kəs - ən yüngülxasiyyət və ən ağıllı, yalnız beyninin əmrlərinə qulaq asanlar belə, günün ikinci yarısı başlarını itirə bilərlər.


Buğa - Gün ev işləri üçün də münasibdir. Monoton, detallarınadək bəlli iş emosional  sabitliyə zəmanət verir. Maliyyə vəziyyəti də pis deyil, lazım olmayan xərclərdən qaçmaq mümkündür. Məişət texnikası bilinməyən səbəbdən sıradan çıxa bilər.


Əkizlər - Günə başlayarkən diqqətli və səliqəli olun. Xırda detallara, əhəmiyyətsiz faktlara fikir verin. Diqqətsizlik, ətraf aləmdən təcrid olunmağınız, hadisələrə barmaqarası, laqeydliklə baxmağınız isə sizə həm işdə, həm şəxsi həyatınızda ciddi problemlər yarada bilər. Yaxınlarınızı tələsdirməyin. Hadisələr istədiyinizdən daha ləng inkişaf edir, amma bununla barışmalısınız.


Xərçəng -  Səhər çağı faydalı işlə, özü də çoxlu insanın əhatəsində məşğul olmağınız məsləhətdir. Təşkilatçılıq qabiliyyətləriniz güclənir, ömründə qapısının kandarından o yana addım belə atmayanlar bu gün sizin ardınızca dünyanın qurtaracağınadək getməyə hazırdırlar. Romantik görüşlər üçün əla vaxtdır


Şir -Maraqlı tanışınız peyda ola bilər. Bu gün sizi geyiminizə görə deyil, ağlınıza görə qarşılayırlar, odur ki, onu gizlətməyin mənası yoxdur.

Axşama doğru işləri unudub istirahət etmək istəyəcəksiniz. Narahat olmayın, sizə qoşulmaq istəyənlər tez tapılacaq. Əsas məsələ odur ki, bu işdə canfəşanlıq etməyəsiniz.


Qız - Yaradıcı potensialınız artacaq. Yeni ideyalarınız peyda olacaq. Ancaq bir çətinlik var - emosional durumunuz sabit deyil, boş işlərə görə məyus olur, yaxınlarınızdan küsür və özünüzə inamınızı itirirsiniz.


Tərəzi - Qarşı cinsdən olan insanlarla ünsiyyət üçün əlverişlidir. Siz qədərində təşəbbüskarlıq edirsiniz, kimsənin sizin qırsaqqız olduğunuza, öz fikrinizi yeritməyinizə dair narazılığı olmayacaq.


Əqrəb - Xoş, maraqlı və hadisələrlə dolu gündür. Bütün işlərin öhdəsindən tez gəlirsiniz. Yeni  bir probleminiz ortaya çıxmır, odur ki, narahat olmağa da əsas yoxdur. İstedadlarınız, xüsusilə də əvvəllər heç kimin sezmədiyi bacarıqlarınız üzə çıxır. Yeni nə isə öyrənmək istəyirsiniz? Bu gün əsl vaxtıdır.


Oxatan - Pərəstişkarlarınızın sayı durmadan artır. Nikahda olan Oxatanlar isə özləri də istəmədən həyat yoldaşlarının əlinə qısqanclıq üçün bəhanə verə bilərlər. Günün ikinci yarısı isə ürəkaçan deyil. Bəzi Oxatanlar əsəbi, bəziləri isə əzgin olacaqlar, bu müddətdə kimsənin sizə yaxın düşməməsi məsləhətdir.


Oğlaq - Görüşlər üçün əla gündür. Çox məlahətli və cazibədarsınız. Hər kəs sizinlə ünsiyyətdən məmnun qalacaq. Yeni tanışlıqları asanlıqla qurursunuz. Əgər şəxsi həyatınızda dəyişiklik istəyirsinizsə, bu günü evdə keçirməyin.  


Dolça - Axşama doğru isə əhvalınız dəyişəcək. Bu dövrdə xoş olmayan xəbərlər ala  bilərsiniz. Unutmayın: istənilən məlumatı yoxlamaq lazımdır, bu gün siz deyilən hər sözə inanırsınız. Şayiə yaymaqda ad çıxaran adamlarla ünsiyyətdən qəti surətdə qaçın.


Balıqlar - Günün birinci yarısını vacib problemlər haqqında düşüncələrə sərf edin. Ən mürəkkəb məsələləri götür-qoy edə, çox hiyləgər planlar qura bilərsiniz. İntellektual potensialınız yüksəkdir. İstənilən təmas üçün də yaxşı vaxtdır, çünki intuitiv olaraq kimə nəyi deməyi və nəyi vəd etməyi gözəl bilirsiniz. 


Milli.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs