Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Günün qoroskopu: nailiyyətləriniz kölgədə qalmasın
 
 
news Image
2016.05.06
09:26
| A A A
Günün qoroskopu: nailiyyətləriniz kölgədə qalmasın

Qoç - Dəyərli əşyaların itirilməsi, yaxud havayı yerə xərclər mümkündür. Yaxşı olar ki, qadınlarla sövdələşmələrdən çəkinəsiniz. İstənilən məsələni, xüsusilə iş və ya biznesə aid problemləri öz cinsinizdən olan insanlarla müzakirə etməyə çalışın. Belədə daha düzgün qərarlar verərsiniz.


Buğa - Lazım olduğundan artıq ev işlərinə vaxt ayırmayın. Evdə böyük təmizlik, mebellərin yerinin dəyişdirilməsi, mətbəxdə eksperimentlər sizi yaman cəlb edir. Amma unutmayın ki, bunlardan hansı birinisə etmək fikrinə düşsəniz, həddən artıq yorula bilərsiniz, çünki entuziazmınız "yandığı" sürətlə də "sönəcək".


Əkizlər - Baxmayaraq ki, xırda anlaşılmazlıqlar olacaq, ümumilikdə uğurlu gündür. İş burasındadır ki, problemlər hələ inkişaf etməyə macal tapmamış siz onları həll etməyə müvəffəq olursunuz. Əla yanaşmadır! Sizin nailiyyətləriniz kölgədə qalmır. 


Xərçəng - Xoş və maraqlı gündür. Bu ərəfədə başlanan xoş hadisələr davam etməkdədir. Yeni, parlaq ideyalarınız var. Heç kömək ummadığınız insanlar planlarınızı həyata keçirməkdə sizə kömək edirlər: nəhayət ki, sizin də qədrinizi bilməyə başladılar. Alış-veriş üçün əla gündür, nəinki özünüzə, həmçinin yaxınlarınıza da hədiyyələr ala bilərsiniz.


Şir - Çox nüfuzlu adamların diqqətində olacağınıza ümid edə bilərsiniz. Onlara yaxşı təəssüratlar bəxş etmək sizə çətin olmayacaq. Elə bilməyin ki, tələsik verdiyiniz qərar yanlışdır. Məhz qəfil peyda olan fikirlər bu gün uğur qazanacaq.


Qız - Gün yaxşı keçəcək. Xırda anlaşılmazlıqlar, narazılıqlar, qanqaraçılıqlar geridə qalır. Siz yalnız diqqət tələb edən məsələlərə köklənirsiniz. Sevdiyinizin qayğısına qalın.


Tərəzi - Gərgin və qarışıq vəziyyət düzələcək. Sakitləşəcək, özünüzü daha rahat hiss edəcəksiniz. Ailə üzvlərinizlə də ümumi dil tapmaq asan olacaq, fikir ayrılıqlarına son qoyacaqsınız.  


Əqrəb - Səhər heç də xeyirə açılmır. Əhvalınızı yaxşı adlandırmaq olmaz, yaxınlarınız da heç istəmədən lap odun üzərinə yağ tökürlər. Qəfil xərclər gözlənilir. Pullardan əl çəkmək xoşunuza gəlməyəcək. Bir çox Buğalar bu gün artıq əhəmiyyətini itirmiş əlaqələri qırmaq qərarına gələcəklər.   


Oxatan - Ehtiyatlı olun. Günün birinci yarısı çox gərgindir. Yaxınlarınızla mübahisələr gözlənilir və səbəbindən asılı olaraq onlar çox ciddi ola bilərlər. Öz rəyinizi çox kəskin formada bildirir və sizinlə razı olmayanlardan küsürsünüz. Bu minvalla da milçək böyüyüb fil olur.  


Oğlaq - Bir çoxları, hətta ən ciddilər belə, yüngüllüyə meyl edirlər. Ailədə, yaxınlarla münaqişələr mümkündür. Emosiyalar aşıb-daşır və əksəriyyət onların öhdəsindən gələ bilmir.


Dolça - Bu gün yaman eqoistsiniz, öz istək və tələbləriniz sizin üçün birinci sıradadır. Başqalarının da nəsə istəməsi, nəyəsə can atması, sadəcə, dincəlmək, istirahət etmək ehtiyacı isə sizi qətiyyən maraqlandırmır. Çox nahaq. Bugünkü hərəkətlərinizə görə peşman olacaqsınız.


Balıqlar - Bütün gün ərzindən mənfi tendensiyaların təsirini hiss edəcəksiniz. Odur ki, vacib qərarlar verməyin. Ancaq yaxşıca düşünülmüş ehtiyatlı hərəkətlər istədiyiniz nəticəni əldə etməyinizə imkan verər. Ancaq təəssüf ki, siz ekstravaqant hərəkətlər edərək, ətrafdakıları şoka salmağı üstün tutursunuz.


Milli.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs